- Tarixi
 - XVIII-XIX yüzil
 - YerləşməƏvvəlki toponim
 Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
- YerləşməHazırkı toponim
 Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Kərbəlayı Yusifli günbəzi 1988-ci ildə azərbaycanlıların kənddən kütləvi deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb məhv edilib.
- Məlumat
 Qədim Nərimanlı qəbiristanlığı tarixin müxtəlif dövrlərini əhatə edən abidələrlə zəngindir. Bu abidələrdən biri kəndin köklü tayfasına aid Kərbəlayı Yusifli günbəzidir. Günbəz çar Rusiyası dövründə inşa edilib. Kərbəlayı Yusifli günbəzi Hacalılar tayfasına məxsus günbəzi ilə eyni qaydada və eyni ölçüdədir. Kərbəlayı Yusifli tayfalarına məxsus qəbirlərin üstündə, dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olan bu qəbirüstü tikili görkəmi və yüksəkliyi ilə uzaq məsafələrdən görünür və diqqət çəkirdi [i], [ii], [iii].
Kənd yarandığı XIV əsrin sonu, XV əsrin əvvəllərindən etibarən azərbaycanlı məskəni olub. Kərbəlayı Yusifli günbəzi Azərbaycanın maddi-mədəni mirası kimi önəm kəsb edir.
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
[iii] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. – С. 305.
