- Tarixi
 - VIII–IX əsrlər
 - YerləşməƏvvəlki toponim
 İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər rayonundakı Kərimkənd kəndində
- YerləşməHazırkı toponim
 Kəvər rayonu–13.04.1959-cu ildən Kamo, Kərimkənd kəndi 02.03.1940-cı ildən Zaxkaşen adlandırılıb.
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Azərbaycan-lıların burada qədim dövrdə yaşadığını təsdiq edən Alban və Oğuz dövrünə aid qəbirüstü abidələr sübut kimi Qaranlıq rayonunun ərazisindəki Xartlıq kəndindən 6–8 km şimal-qərbdə 1988-ci il deportasiyasına qədər qalırdı.
- Məlumat
 Qəbirüstü abidələr İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər rayon[i] mərkəzindən 6 km cənub-qərbdəki Kərimkənd ərazisindəki qədim qəbiristanlıqda yerləşir. Alban və Oğuz qəbirüstü abidələri qaya daşları yonularaq hazırlanıb. Alban abidələrinin hündürlüyü 1,5–2 metr, Oğuz qəbirlərinin hündürlüyü isə 2–3 metr civarında idi. VIII–1X əsrlərə aid qədim məzarlığın abidələri həm Alban mədəniyyətindən, həm də Oğuz kultundan xəbər verir. Oğuz abidələrinin varlığı kəndin təxmini hesabla 1500 illik yaşı olduğunu göstərir. Kəndin adına 1826–1829-cu illərdə baş vermiş İran-Rusiya, Turkiyə-Rusiya müharibələri zamanı erməni-rus hərbi birləşmələrinin Göyçədə dağıtdığı yaşayış məskənlərindən 67-sinin İ.Şopen tərəfindən hazırlanmış siyahısında rast gəlinir. XIX əsrin ortalarında kənd öz əzəli sahibləri tərəfindən bərpa edilib və bu fakt 1873-cu ilə dair rəsmi sənədlərdə öz əksini tapıb. Belə ki, həmin il Kərimkənddə 115 azərbaycanlının yaşadığı ermənilərin özləri tərəfindən təsbitlənib, 1897-ci ildə bu göstərici 213, 1904-cu ildə 286, 1914-cu ildə isə 412 nəfər təşkil edib. 1914-cu ildə burada yaşayan ermənilərin sayı artıq 511 nəfərə catıbmış ki, bu da demoqrafik vəziyyətin onların xeyrinə kəskin surətdə dəyişməsi demək idi. 1918-ci ildə daşnak qoşunlarının kəndə basqını zamanı azərbaycanlı əhali soyqırımına məruz qalıb. Sağ qalnlar isə kəndi tərk edib. 1922-ci ildə bir neçə ailə geri qayıdıb.
Toponim Kərim şəxs adına kənd coğrafi nomeninin qoşulması əsasında əmələ gəlmişdir. Antropotopo-nimdir. Quruluşca mürəkkəb toponimdir.
[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh
