Əsas şəkil

Kəsikbaş kəndində alban məbədi

Tarixi
IX-X yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­­yasının Yeni Ba­yazid qəza­sında, indiki Qa­ranlıq ra­yonundakı Kə­sikbaş kən­din­də

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Kəsikbaş kəndi isə 7. 12. 1945-ci ildən Lerna­kert ad­lan­dırı­lıb.

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Kəsikbaş kən­dindəki alban məbədinin qa­lıqları hal–hazır­kı dövrdə qal­maq­dadır. Er­mə­nilər tərəfin­dən mənim­səni­lib, erməni abi­dəsi kimi təq­dim olunur.

Məlumat

Göyçə gölünün cənub–şərqində, sahil­dən 7–8 km. məsafədə, Mədinə, Xartlıq və Qasımbaşı kəndlərinin əha­tə­sin­də yerləş­miş bu obanın ərazisində IX-X əsrlərə aid alban məbədi var idi. Məbəd yüksək ərazidə yerləşirdi. Mü­ha­ribələrdən mə­bəd də nəsibini almış bir hissəsi uçub, dağılmışdı. Qalıq­la­rına ərazidə rast gəlinirdi. Mə­bədin qa­lıqları və kənd qəbiristan­lığındakı oğuz türklərinə aid abidələr Kəsikbaşın oğuz türkləri tərəfindən bi­nələşdirilməsinin azı 1500 [i] illik tari­xinin təsdiqləyicisi olan maddi dəlildir. 1873-cü ildə Kə­sik­baş kəndində 246 nəfər azərbaycanlı yaşamışdır. 1898-ci ildə Türkiyədən gətirilən 60 erməni ailəsi bu kəndə yerləşdirilib. 1914-cü ilin rəsmi statis­ti­kasına görə Kəsik­baş­da yaşayan azər­baycanlı əhalisinin sayı cəmi 77 nəfər idi. 1918-ci ildə çoxu qətliama məruz qalan kənd əhalisindən 1922-ci ildə kəndə qayıdan olmayıb. O zamandan etibarən Kəsikbaş sırf er­məni kəndi kimi səciyyələn­diril­mişdir. Amma bu­na baxmayaraq Kəsik­baş to­ponimi daha 23 il dəyişdirilmədən qalıb.

Toponim kə­sik­baş tayfa adı əsa­sında əmələ gələn etnotopo­nimdir. Quru­luş­ca sadə to­po­nimdir.[i] Kə­­sik­baş kən­dinin əzəli sa­­kinləri türk–oğuz tay­­fa­la­­rı­nın nüma­yən­­də­ləri olub.


 


[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5–8066–1452–2


 


[i] Vilayətoğlu, S. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”/Salman Vilayətoğlu.Bakı, 2006–S.279