Kiçik məscid
Zəngibasar mahalında, Zəngibasar rayonun mərkəzi olan Uluxanlı qəsəbəsindən 8 km şimal qərbdə, İrəvan şəhərinin 6 km. Zəngi çayının sağ kənarındakı Haçaparaq (Zəhmət) kəndində yerləşir.
3.01.1935-ci ildə kəndin adı dəyişdirilərək Zəhmət, 19. 04. 1991-ci ildən isə Xaçpar adlandırılıb.
Memarlıq
Sovet hakimiyyəti qurulandan sonra məscidin fəaliyyəti dayandırılıb. Anbar və başqa məqsədlər üçün istifadə edilib. 1988-ci il deportasiyasından sonra dağıdılıb.
Kiçik məscid XIX-cu yüzilin ortalarında inşa edilib. Məscidin qarşısından çay axırdı. 1918-ci ildə Haçaparaq kəndi Türkiyədən gələn ermənilərin hücumuna məruz qalır. Kənd və məscid ermənilər tərəfindən yandırılıb, sağ qalan əhali qonşu bölgələrə və Araz çayının digər tərəfinə mühacirət etməyə məcbur olub. Sovet hakimiyyətinin qurulması ilə əhali kəndə qayıdıb kənd məscidini təmir edib, yenidən ibadətə açıb[i],[ii],[iii], [iv], [v], [vi],[vii].
Haçaparaq (Zəhmət) kəndi qədim Oğuz yurdu olub, orada ancaq azərbaycanlılar yaşayıb.
[i] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб., 1852. – C. 682.
[ii] Берже, А. Кавказ в археологическом отношении / А.Берже. – Тифлис, 1875. – С. 171.
[iii] Х.Ф.Б. Линч. Армения (Путевые очерки и этюды). – T 1. – Тифлис, 1910. – С. 297-407.
[iv] Арутюнян, В.М. Памятники армянского зодчества / В.М.Арутюнян, С.А.Сафарян. – М., 1951. – С. 41-42.
[v] Токарский, Н.М. Архитектура Армении IV-XIV вв. / Н.М.Токарский. – Ереван, 1961. – С. 101.
[vi] Асратян, Г.О. Ереван и его окрестности / Г.О.Асратян. – Л., 1973. – С. 5.
[vii] Kalankatuklu, M. Albaniya tarixi / M.Kalankatuklu. – Вakı, 1993. – S. 21-23; Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 162-166.