Kiçik Məzrə (Bala Məzrə) kəndində Oğuz qəbiristanlığında qəbirüstü abidələr
Göyçə mahalı Basarkeçər rayonundakı Bala Məzrə kəndində yerləşir
Basarkeçər rayonu – 11.06. 1969-ci ildən – Vardenis, Kiçik Məzrə kəndi – Pokr (kiçik) Mazra adlandırılıb
Memarlıq
Qədim oğuz qəbirləri ermənilər tərəfindən azərbaycanlıların 1988-ci ildə kütləvi deportasiyasından sonra dağıdılıb, məhv edilib.
Bala Məzrə kəndində IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. 2-3 metr hündürlüyü olan oğuz qəbirdaşlarının üstündə meşə kimi dayanmış hündür başdaşlar “Avesta” memarlıq məktəbinə məxsus zərgər zövqlü sənət dahiləri və tişə ustaları tərəfindən tarixin canlı şahidlərinə çevrilmiş Azərbaycan türklərinin qədim əcdadları haqqında daşlaşmış dastanlardır. Köhnə qəbiristanlıq deyilən ərazi alban-türk dövrünə aid qəbirüstü abidələrlə zəngindir. Kəndin ərazisində X-XII yüzillərə aid alban kilsəsi olub. Həmçinin, qəbiristanlıqda oğuz türklərinin bu gün “Qərbi Azərbaycan” adlandırdığımız ərazilərində şüurlu elmi həyatı boyu apardığı bir sıra qazıntılar zamanı m.ö. yüzilliklərə aid olan aşkarlanmış zəngin arxeoloji mədəniyyəti 1828-ci ildə ailə şəklində Ön Qafqaza köçürülmüş yarıdilənçi əhalinin adına yazmışdır. Təkzibedilməz həqiqət budur ki, bu arxeoloji mədəniyyət tarixin ayrı-ayrı çağlarında Azərbaycan türklərinin Ön Qafqaz torpaqlarını müvəqqəti inzibati ərazilərinə daxil etmiş üç türk dövlətin (Biaini, Arme, Part /Parfya) dövründə Oğuz türklərinin qohumlarla birlikdə yaratdıqları sinkretik şərikli ümumtürk mənəviyyat, mədəniyyət və dövlətçilik tarixinə aid - türk dünyasının sərvətidir. “Biaini çarlığı” adlı əsərimizdə bu barədə ətraflı araşdırmalar aparılmışdır [i].
Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşıb. “Bala” fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir və abidələr kəndin qədim türk- oğuz yurdu olduğunu göstərir [ii].