- Tarixi
- XIV–XV əsrlər
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonradan Üçkilsə rayonunun Kiçik Zeyvə kəndində
- YerləşməHazırkı toponim
Üçkilsə rayonu–Eçmiədzin, Kiçik Zeyvə kəndi 05.01.1978-ci ildən Arataşen adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ermənilər tərəfindən bir çoxu dağıdılsa da, kənd ərazisində olan Səfəvi dövrünə aid 20-dən artıq heykəl hazırda yüksək təpəlik yerdəki qədim qəbiristanlıq ərazisində yan-yana cığır boyu düzülüb. “Erməni abidəsi” kimi təqdim edilir[i].
[i] https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/%D5%8E%D5%AB%D5%B7%D5%A1%D5%BA%D5%A1%D6%84%D5%A1%D6%80.JPG
- Məlumat
Dərviş və ruhani heykəlləri rayon mərkəzindən 5 km cənub-şərqdəki Kiçik Zeyvə kəndində yerləşir. Kəndin digər adı Türk Zeyvəsi[i], Tatar Zeyvəsi[ii] olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[iii] qeyd edilmişdir. Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər tuturdu. Ruhanilərə hər vilayətdə şeyxülislamlar, vaizlər və nəhayət, dərviş malikanələrindəki (xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və sonralar həmin yer yaşayış məntəqələrinə çevrilmişdi[iv]. Deməli, Zeyvə kəndləri, zaviyə sözünün əsasında formalaşmışdır. Digər tərəfdən, bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur. Kənd ərazisində burada yaşayan ruhani və dərvişlərə heykəl qoyulub. Heykəllərin hündürlüyü 1,5–2 metr civarında olub. Boz qaya daşı və qırmızı tuf daş yonularaq hazırlanıb. Başlarındakı dərviş, şeyx və digər müsəlman ruhanilərin istifadə etdiyi baş geyimləri var. Günümüzdə kənd ərazisində 20 dən çox heykəl qalıb[v].
Kənddə 1831-ci ildə 234, 1873-cü ildə 492, 1886-cı ildə 516, 1897-ci ildə 580, 1904-cü ildə 550, 1914-cü ildə 598, 1916-cı ildə 491, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlılar yaşamışdır[vi]. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur.
Kənd, türk mənşəli toponim[i] Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir[ii]. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən “kiçik” sözü ilə ərəb dilində “guşə, künc, bucaq” mənasında işlənən zaviyə[iii] sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
[i] Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002
[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кичик Зејвә // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
[iii] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.207
[i] Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.82
[ii] Taтapcкaя 3eйвa. Cбopник Cвeдeний o Kaвкaзe, т.V, Тифлис, 1892, №393
[iii] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.97
[iv] Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.54
[v] https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/%D5%8E%D5%AB%D5%B7%D5%A1%D5%BA%D5%A1%D6%84%D5%A1%D6%80.JPG
[vi] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.82-83, 150-151
