Əsas şəkil

Kiçik Zeyvə kəndində strel abidə

Tarixi
V–VI əsrlər
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­niyasının Eç­miədzin qə­zasında, son­radan Üçkil­sə rayonunun Kiçik Zeyvə kəndində

Yerləşmə
Hazırkı toponim

Üçkilsə rayo­nu Eçmiəd­zin, Kiçik Zeyvə kəndi 05.01.1978-ci ildən Arata­şen adlandı­rılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ermənilər tə­rəfindən bir çoxu dağıdıl­sa da, kənd əra­zisində olan qədim qəbiristanlı­ğın yanında strel abidələr­dən biri hazır­kı dövrdə qal­maqdadır. Er­mənilər tərə­findən mə­nim­sənilib, “er­məni abi­dəsi” kimi təq­dim olu­nur[i].   
 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/%D5%8E%D5%AB%D5%B7%D5%A1%D5%BA%D5%A1%D6%84%D5%A1%D6%80.JPG

Məlumat

Strel abidə rayon mərkəzindən 5 km cənub-şərqdəki Kiçik Zeyvə kəndində yerləşir.  Alban dövrünə aid strel abidə tünd boz qaya da­şın­dan yonulub hazırlanıb.  Hündür­lü­yü 1,2, eni 1 metr olan qaya daşı üzərində ucaldılıb. Strel abidənin hündürlüyü 2,53, eni isə 0.4 metr civarındadır [i]

Kənddə 1831-ci ildə 234, 1873-cü ildə 492, 1886-cı ildə 516, 1897-ci ildə 580, 1904-cü ildə 550, 1914-cü ildə 598, 1916-cı ildə 491, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlılar yaşamışdır[ii]

1918-ci ildə azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğın­larla qovul­muşdur.

Kənd, türk mən­şəli topo­nim[i] Zеy­və (sonra Yuxarı Zеyvə) kən­dindən yaran­mış məntə­qədir[ii]. To­ponim Azər­baycan dilin­də fərqlən­di­rici əlamət bil­dirən “ki­çik” sözü ilə ərəb dilində “guşə, künc, bucaq” məna­sında işlənən zaviyə[iii] sö­zünün birləş­mə­sin­dən ya­ranmışdır.
 


[i] Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002

[ii] Будагов, Б. Ә.Гејбуллајев, Г. Ә. Кичик Зејвә // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

[iii] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.207


 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/%D5%8E%D5%AB%D5%B7%D5%A1%D5%BA%D5%A1%D6%84%D5%A1%D6%80.JPG

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.82-83, 150-151