- Tarixi
- XIV-XV yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalı Qafan rayonu Kirs kəndində.
- YerləşməHazırkı toponim
Kirs kəndi 4.07. 2006-cı ildən –Kisk adlandırılıb.
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Ermənilər tərəfindən aparılan arxeoloji qazıntı zamanı qədim qəbiristanlıq ərazisində tapılan abidələrin bir qismi İrəvana aparılıb, oradakı muzey və parklarda erməni abidəsi kimi təqdim olunur. Bəzi abidələr 1988-ci il deportasiyasına qədər köhnə qəbiristanlıq ərazidə qalmaqda idi.
- Məlumat
Kirs kəndində qədim dövrdə alban-türk tayfaları yaşayıb. Kənd ərazisində çox sayda xarabalığı və qalıqları olan tikililər mövcud olub. Bu tikililərin əksəriyyəti 1905-1906-cı və 1918-ci illərdə kəndə hücum edən erməni terror dəstələri tərəfindən dağıdılıb və yandırılıb. Kəddəki alban-oğuz tarixinin izlərini daşıyan qəbiristanlıq və oradakı qəbirüstü abidələr də erməni vandallığının qurbanı olub. Kənddəki qədim dövrə aid olan qəbiristanlıqda aparılan qazıntı işləri zamanı tapılmış 3 ədəd daş qoç və çoxlu zinət əşyaları kəndin qədimliyini göstərir [i]. Kirs kəndinin adının “qar uçqunu” yaradan “kirs” sözü ilə əlaqəli olması da ehtimallardan biridir [ii] .
Kənd, Kirsdağın ətəyində yerləşir. 1905-1906-cı illərdə olduğu kimi kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirslilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər. 1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirilir. Kənddə 1886-cı ildə 130, 1897-ci ildə 56, 1922-ci ildə 78, 1926-cı ildə 77, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşayıb.
1988-ci ilin noyabr ayında bölgənin digər azərbaycanlı sakinləri kimi kirslilər də Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulub [iii]. Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatına görə Gığı kənd icmasına daxil olan Kirs kəndində yaşayış yoxdur, kənd tərk edilib. Ermənistan Respublikası Milli Statistika Xidməti: 2001-ci il Ermənistan siyahıya alınmasının yekunlarına dair hesabat [iv].
Toponim türk dilində “çöl”, “sərhəd”, “yayla”, “dağ” mənasında işlənən kır (-kir) sözündən əmələ gəlib. Toponimin sonundakı “s” topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi relyef uyğundur. Belə ki, kənd dağ ətəyində, çəmənlik yerdə yerləşir. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir.
[i] https://az.wikipedia.org/wiki/Kirs_(Qafan)[ii] Vilayət Əliyev: “Zəngəzurda qalan izimiz”. – Bakı, “Prezident Kitabxanası”, 2004.
[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002.
[iv] https://az.wikipedia.org/wiki/Kirs_(Qafan)); Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005.
Fotolar

