Köhnə məscid
İrəvan qəzası Zəngibasar rayonu Aşağı Necili kəndinin cənub hissəsində yerləşir.
31.12.1937-ci ildən Zəngibasar, 14.01.1961-ci ildən – Masis rayonu Aşağı Necili kəndi 25.01.1978-ci ildən Sayat Nova adlandırılıb.
Memarlıq
Məscid 1918-1919-cu il daşnak hücumları nəticəsində dağıdılıb. Xarabalıqları mövcuddur.
XVIII-XIX yüzillərdə tikilən və kəndin iki məscidindən biri olan Köhnə məscid kəndin cənub hissəsində yerləşirdi. 1918-1919-ci illərdə erməni daşnaklarının hücumu nəticəsində kənd dağıdılb, yandırılıb, əhalisinin bir qismi soyqırıma məruz qalıb. Sağ qalanlar isə Türkiyə ərazisinə sığınıb. Bu hücum nəticəsində müqəddəs məkan hesab olunan məscid binası da ermənilər tərəfindən yandırılıb. Sovet hakimiyyətinin ilk illərində kənd əhalisinin bir hissəsi kəndə qayıdıb, kəndi bərpa edib. 1950-ci ildə kəndin əhalisinin bir hissəsi deportasiya olunub, kənddə xaricdən gələn ermənilər yerləşdirilib. Kəndə qayıdan azərbaycanlı əhali cənub tərəfdə məskunlaşıb, özlərinə orada Təzə məscid adlanan yeni məscid inşa ediblər. Köhnə məscidin xarabalığı isə zülmün və soyqırımın nişanəsi kimi qorunub saxlanırdı [i], [ii], [iii], [iv], [v].
Toponim fərqləndirici əlamət bildirən aşağı sözüylə “nəcli” türk etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir. Toponim Aşağı Necilinin türk-oğuz yurdu olduğunu təsdiq edir. İslamı qəbul edən kənd əhalisi məscid tikib. Köhnə məscid qədim olması və əhalinin dini vəzifəsini yerinə yetirməsini təmin edən məkan və kütləvi toplaşmanı və birliyi təmin etmə baxımından mədəni inkişafda iştirak edib. Ərazidəki məscid dini-mədəni abidə kimi Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir [vi].
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 76.
[ii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 30.
[iii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб., 1852. – C. 547-550.
[iv] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili;
[v] http://ensiklopediya.gov.az/az/terms/4114/cild/1
[vi] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 30.