- Tarixi
- XIII-XIV yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı, Qaranlıq rayonunun Kolagirən kəndində
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu (09.09.1930-cu ildən– Martuni Kolagirən kəndi kəndi –03.01.1935-ci ildən – Tsovinar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların inşa etdiyi qədim daş körpü ermənilər tərəfindən mənimsənilib, hal–hazırkı dövrdə erməni abidəsi kimi göstərilir.
- Məlumat
Kolagirən körpüsü böyük çay daşları ilə inşa edilmişdi. Kənd ərazisində ən çox istifadə edilən gediş–gəlişin sıx olduğu körpü idi.[i] Körpünün üst hissəsi yarıya qədər açıq üçbucaq alt hissəsi isə yarı oval formada Şərq memarlıq üslubuna uyğun tikilib. Sağ tərəfi sol tərəfə nisbətən aşağıya doğru yoxuş vəziyyətindədir. Təxminən 15–20 metr uzunluğunda və 3 metr enində olan körpünün hündürlüyü 10–15 metr civarındadır. Kənd məşhur tarixi Kolagirən qalası ilə tanınır. Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər 1830-cu ildə Türkiyədən köçürülüb. 23 təsərrüfatda 151 nəfər əraziyə gəlib,[ii]azərbaycanlıların yaşadığı ərazilərdə məskunlaşıblar. 1897-ci ildə kənddə 88 azərbaycanlı ailə yaşayıb[iii] və onlar 1905-1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi dövründə buranı tərk etməyə məcbur qalıblar.
Kolagirən toponimi türk dilindədir. Kolagirən türk etnonimi əsasında formalaşıb. Ərazi adını orada yaşayan heyvandarlıq və maldarlıqla məşğul olan türk tayfalarının adından alıb.[i] Körpü kəndin digər tərəfində yerləşən ərazilərlə kommunikasiyaların qurulması baxımından mühüm rol oynayıb.
[i] M.Fahrettin Kırzıoğlu. 1593(H.1001) yılı Osmanlı vilayet Tahrir defterinde anılan Gence–Karabağsancakları Ulus ve Oymaklar. Atatürk Universitesi Edebiyat Fakultesi Araştırma dergisi. Ahmet Caferoğlu özel sayısı. Fazikül; 1, sayı: 10, Ankara, 1979, s, 199–222
