Kotanlı kəndində alban türbəsi
Dərələyəz mahalı Paşalı rayonu Kotanlı kəndi yaxınlığnda.
Dərələyəz mahalı – Vayots Dzor vilayəti, Paşalı rayonu – Əzizbəyov, Vayk Kotanlı kəndi 1924-cü ildən Qarmraşen (Qırmızıkənd).
Memarlıq
Hazırda abidənin sol tərəfi, dağılıb, bərpa edilməyib. Erməni elementi ilə erməniləşdirilib.
Kotanlı kənd qəbiristanlığındakı türbəyə bənzər abidənin dövrünün mötəbər şəxslərindən birinə aid olduğu ehtimalını yaradır. Qədim Kotanlı qəbiristanlığında ucalan üst hissəsi üçkünç onun alt hissəsi qövsi formasında olan tarixi alban abidəsinin içərisinə ətrafı naxışlarla bəzədilmiş başdaşı yerləşdirilib.
Başdaşının orta hissəsində mövcud olan erməni üslubu xaç elementinin naxışlar sökülərək meydana gətirildiyi bariz şəkildə özünü büruzə verir. Ermənilər bu üsullardan istifadə edərək bölgədəki Azərbaycanın mədəni tarixi mirasını və irsini silməyə çalışır [i], [ii].
Kotanlı kəndi kənarında hazırda mövcud olan alban türklərinin dövrünə aid tarixi memarlıq abidəsindəki arxitektura və ornamentlər indki Azərbaycan memarlığında da geniş istifadə olunur. Bu xüsusiy-yətlərə görə abidə Azərbaycan memarlıq tarixi baxımından da xüsusi əhəmiyyət daşıyır [iii].
[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 59.
[ii] https://az.wikipedia.org/wiki/Kotanl%C4%B1
[iii] https://www.facebook.com/karmrashen.01/photos/a.1 06215844210005/106215857543337/).