Loru qalası
Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilindəki, Celaloğlu şəhərindən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir.
Dağ Borçalı– Loru, Kolagirən çayı – Dzoraget, Celaloğlu – Stepanavan adlandrılıb.
Memarlıq
Qarabağ bəylərbəyliyinin mahallarından biri olan Loru mahalı və onun mərkəzi olan Loru şəhəri 1236-cı ildə monqol istilası sonrası dağıdılıb və bu dağıntı nəticəsində qala da zərər görüb.
XIV-XV yüzildə təmir olunsa da sonrakı dövrdə baş verən hücumlar nəticəsində yenidən dağıntıya məruz qalıb. Yerləşdiyi ərazidə qalıqları qalan qala erməni abidəsi kimi təqdim olunur.
Loru şəhəri və bölgəsi qalanın adı ilə adlandırılıb. Azərbaycanlıların yaşadığı ərazidə müdafiə məqsədilə tikilib. Mənbələrdə Lori qalası, Ermənistanın Lori əyalətinin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilə aid erməni qalası kimi təqdim olunsa da, 1065-ci ildə Tashir-Dzoraget Krallığının paytaxtı olmaq üçün David Anhoghin tərəfindən inşa edilmişdir kimi yazılsa da ərazidə azərbaycanlıların yaşaması faktı bunu təsdiq etmir [i], [ii].
1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV yüzilliklərdə yenidən bərpa olunduğu, XV-XVIII yüzilliklərdə Osmanlı və İran hücumlarına məruz qaldığı yazılır. 1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası (əslində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.
1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir [i].
Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan qaladakı məscidin iç memarlığının Şuşa Gövhərağa məscidi ilə oxşarlıq təşkil etməsi ərazidə azərbaycanlıların yaşadığını və hökmranlıq etdiyini təsdiq edir.
[i] https://az.wikipedia.org/wiki/Loru_mahal%C4%B1
[i] A.E.Redgate. The Armenians. – Oxford: Blackwell, 2000 . – P. 210.
[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/803741189702).