Əsas şəkil

Mahmud Yeftci Alban məbədi

Tarixi
V-VI yüzil
Yerləşmə
Əvvəlki toponim

Karvansara rayonunun Uzuntala kəndi yaxın­lı­ğında 

Yerləşmə
Hazırkı toponim

Karvansara rayonu–İcevan, Uzuntala kəndi 25.5.1967-ci ildən–Onut, 12.02.1969-cu ildən isə Aygehovit adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Mahmud Yeftci Alban məbədi Er­mə­nis­tan hö­kümə­tinin eti­na­sız­lığı ucba­tından uçub da­ğılıb, tərk edi­lib. Hal–hazırkı dövrdə xaraba­lığı qalıb.

Məlumat

Mahmud Yeftci Alban məbədi Karvan­sara rayonunun Uzuntala kəndindən 2 km şərqdə yerləşir. Alban məbədinin yanında qəbiristanlıq var. Məbədin  ətrafı və yanındakı qəbiristanlıq  üstü ya­zılı qədim türk–oğuz qəbir­üs­tü abi­dələri at və qoç heykəlləri ilə zəngin idi.[i]

Toponim Azərbaycan dilində “böyük, geniş” məna­sın­da işlənən uzun sözü ilə “meşə orta­sın­da açıq­lıq yer” məna­sında iş­lənən ta­la sö­zünün bir­ləş­məsindən əmə­lə gəlmiş­dir. Rel­yeflə bağ­lı yaranan mü­rəkkəb quru­luş­­lu topo­nim­dir[i]. To­po­nim kəndin türk mən­­şəli tayfa­lar tərəfin­dən sa­lın­dığını və son­­radan bu kəndə onların soyunun da­vam­çıları olan azərbay­can­lı­ların yaşa­dığını göstərir. 


 


[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5–8066–1452–2


 


[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.56