Əsas şəkil

Mədinə kəndində məscid

Tarixi
XV-XVI yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yasının Yeni Bəyazid qəza­sın­dakı Qaran­lıq  rayo­nunda yerləşən Mədinə (Qa­ra­kilsə) kəndində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayonu–Martuni, Mədinə (Qarakilsə) kəndi 1948-ci ildə ləğv edilib.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1918-ci ildə er­mə­nilər tərə­fin­dən qət­liama mə­­­­­ruz qa­lan kənd əha­lisi­nin cəsədləri məs­cid–mədrə­səyə doldurulub yan­­­­dırılıb.

Məlumat

Rayon mərkəzindən 10 km cənub–şərq­­də, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[i] Mədinə kəndi Göyçənin tarixinin bir çox dövrünə şahidlik etmiş böyük kənd­lərindən olub. Kəndin mərkəzində yerlə­şən məscid ibadətlə yanaşı kənd və ətraf­dan gələn insanlar üçün həm də dini və dünyəvi elmləri tədris edən məkan olub. Məscidin bir bölməsi mədrəsə kimi istifadə olunub. Mədinə kəndinin əhalisi dini dəyərlərə xüsusi önəm verirdi. Kənd İran, Tür­kiyə və İraqda təhsil alan müəllim­lər, çox sayda elm və din xadim­ləri yetiş­dirib.

Göyçənin el yaddaşına köçən məlu­mat­lara görə, ermənilər 1918-ci ildə öldür­dükləri mədinəlilərin meyitlərini belə dinc buraxmamış, onları məscid–məd­rə­­səyə yığaraq yandırmışlar. 1918-ci ildə buranı zəbt etmiş Aşağı Getaşen kən­dinin erməniləri az müddət sonra sırf dini xof səbəbiylə bu kənddə yaşamaq­dan imtina etmişlər və 1948-ci ildə Mə­dinənin əzəli sahibləri zorla köçürülən­dən sonra belə kimsə buraya ayaq basmamış, kənd baxımsız qalsa da, onu dağıtmağa risk etməmişlər.[ii]  1914-cü ildə kəndin əhalisinin sayı 1023 nəfərə çatmışdı. 1918-ci ilin noyabrında Göy­çədə ermənilərlə azər­bay­canlılar arasında ən kəskin toqquş­ma da məhz bu kənddə baş vermişdir. Azərbaycanlıların yaşa­dığı torpaqlarda qurulan qondarma “Ararat Respub­li­kası” daşnak ordusu kəndi tamam talamış, əhalinin ələ keçən hissəsinin heç birinə aman verməmiş və böyük bir soyqırımı həyata keçiriblər.[iii],[iv] Mə­dinə faciəsinin tam miqyasını tə­səvvür etmək üçün rəsmi statistikaya diqqət yetirmək kifayətdir: 1922-ci ildə sovet hökumətinin təhlükəsizlik barədə zəmanətindən sonra Mədinəyə qayıdan türklərin sayı cəmi 94 nəfər, yəni 1914-cü ildəki əhalinin 9 faizi həddində ol­muşdur.

Toponim ərəb dilində "şəhər" mənasında işlə­nən mədinə sö­zü[i],[ii]əsasın­da əmələ gəl­miş­dir. Relyef əsa­sın­da yara­nıb. Qu­ruluşca sa­də topo­nim­dir. Məs­cid–məd­rə­sə kəndin is­lam dini ənə­nə­lərini yaşadan yurd yeri oldu­ğunu göstərir. Kənd ləğv olu­nana qə­dər ora­da yal­nız azər­bay­canlılar yaşayıb. 
 


[i] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.340

[ii] Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., "Наука", 1971. s.141


 


[i] Əziz Ələkbərli, "Qədim türk–оğuz yurdu "Еrmənistаn"", Bаkı, "Sаbаh", 1994

[ii] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.313–314

[iii] Cəfər Qiyаsi, İbrаhim Bоzyеl, "Еrməni mənəvi tеrrоru", Bаkı, "Kitаb klubu", 2007.

[iv] Əlisаhib Ərоğul, "Еrməni–dаşnаq fаşizmi və Аzərbycаn", Bаkı, "Təhsil", 2007.