Əsas şəkil

Mədinə kəndində qəbirüstü abidələr

Tarixi
VII yüzil
Yerləşmə
Əvvəlki toponim

 İrəvan quber­ni­yasının Yeni Bəyazid qəza­sında, in­di­ki Qaranlıq ra­yonundakı Mədinə kən­dində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Mə­dinə kəndi–1948-ci ildə ləğv edilib Le­rnakert sovxo­zunun istifa­də­si­nə verilib.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Mədinə kən­din­dəki qəbi­rüstü abidələrin bir ço­xu dağıdılıb, yerdə qalanlar erməni xaçı və ermənicə yazı­lar yazıla­raq, er­mə­nilər tərə­fin­dən mənim­sə­nilib, erməni abi­dəsi ki­mi təqdim olu­nur.

Məlumat

Mədinə kəndi Göyçənin ən iri və ən qə­dim yaşayış məskənidir. Kənddə VII əsrə aid oğuz mədəniyyəti nümunələri olan qəbirüstü kitabə və abidələr möv­cuddur.  Qədim qəbiristanlıq ərazisində olan 2–3 metr boylarında oğuz qəbir­ləri, sanduqə və qəbirüstü qoç hey­kəlləri bu­rada türk tayfalarının məs­kun­laşma tari­xi­nin uzun dövrləri əhatə etdiyini gös­tərir. Kənddəki qədim ocaq yerlərinin xərabə­likləri 1988-ci ilə qədər qalırdı. Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbay­canlı yaşa­mışdır.[i] 1918-ci ildə azər­bay­canlılar  ermənilərin soyqırımına məruz qalıb qoyularaq, kənddən qovu­lub.  İndiki Ermə­nis­tanda sovet hakimiy­yəti quru­landan son­ra sağ qalan kənd sakinlə­rin­dən az sayda əhali geri dönüb. 1922-ci ildə 85 nəfər [ii] azərbaycanlı ya­şayıb. 1923-1924-cü illərdə kəndə er­mə­nilər köçürülmüşdür. 1926-cı ildə er­mənilər­dən başqa, 61 nəfər azər­baycanlı yaşa­mışdır[iii]Kəndin yerli sakin­ləri olan azərbaycanlılar 1930-cu illərdə sıxış­dı­rı­laraq tarixi–etnik torpaqlarından de­por­­­ta­siya olunmuş və kəndə Türkiyə və İran­dan gələn ermənilər yerləşdiril­mişdir. 

Toponim ərəb dilində "şəhər" mənasında işlə­nən “mədinə” sözü[i],[ii]əsa­sın­da əmələ gəl­miş­dir. Relyef əsasın­da yara­nıb. Qu­ru­luşca sadə toponim­dir.
 


[i] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.340

[ii] Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., "Наука", 1971. s.141


 


[i] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66–67, 140–141

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 140–141

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 140–141