Əsas şəkil

Məsdərə kəndində qəbirüstü abidələr

Tarixi
V-VII yüzil
Yerləşmə
Əvvəlki toponim

Eçmiədzin qə­zasındakı Talın rayonu­nun Masdə­rə[i] kəndində


 


[i] Н. Г. Буниатов, Ю. С. Яралов – Архитектура Армении, Москва, 1950, ст 96 – 99

Yerləşmə
Hazırkı toponim

Masdərə kəndi–21.01.1965-ci ildən– Dalarik

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ermənilər tə­rə­­fin­dən qədim qə­­bir­üstü abi­də­lə­rin bir qismi da­ğı­­dılıb. Qa­lan­ları isə hal–hazırkı dövrdə erməni abi­də­si ki­mi təqdim olu­nur.

Məlumat

Böyük bir ərazini əhatə edən kənd qəbiristanlığında V-VII yüzilə aid azər­baycanlılara məxsus tarixi abidələr var. Qəbiristanlıqda çox sayda (100-dən çox) sanduqə formalı qəbirüstü abidələr qısa ara məsafəsi ilə sıralanıb. Türk-oğuz, al­ban qəbirləri, sanduqələr, qoç heykəlləri və 2–3 metr hündürlüyündəki bir çox qə­bir daşları üzərində olan yazı və təsvirlər ərazidə azərbaycanlıların qədim dövrlər­dən yaşadığını sübut edir. Ermə­nilər tərəfindən abidələrin bir çoxunun üzərinə erməni elementləri və erməni xaçı əlavə edilərək abidənin mənşəyi də­yişdirilmək istənilib. (Mənbə:13.07.2011-ci il tarixli fotoqrafa istinadən).[i]

 

"Masdərə" to­po­nimi isə "Mas­­­­­ların də­rəsi", "Mas də­rəsi" anlamında "mas" və "də­rə" sözlərindən ya­ranmışdır. Mas­lar qədim dövr­lər­dən (təx­­mi­nən e.ə. VIII əsr­dən) Cə­nubi Qaf­qaz­da, o cüm­lə­dən Qər­bi Azərbaycanda məskunlaşmış Sak tayfaları­nın bir qo­ludur. Mas­­ların adı müasir Azərbaycan Respublikası və Qərbi Azər­baycan ərazi­sin­də Masallı, Ma­sazır, Maş­tağa, Masis, Mes­xet, Xaç­maz (Xaç­maz) toponim­lə­rin­də də qal­mışdır.[i]
 


[i] Ə. Ələkbərli – Qədim türkoğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 96 – 98

 


 


[i] https://www.facebook.com/photo/?fbid=147172412025564&set=a.104868492922623