Əsas şəkil

Məşədi Mir Yaqub ağa ocağı

Tarixi
1984-cü il
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­lı­ Çəm­­bər­ək ra­yo­nun­d­akı Ağ­bu­­laq kən­­dində 

Yerləşmə
Hazırkı toponim

Çəmbərək ra­yo­nu – Kras­no­se­lo, Ağbulaq kə­n­­­di 19.04.1991-ci il­dən – Ağ­­­be­rk ad­­lan­dı­rı­l­ı­b

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ocaq/ziyarətgah kimi fəa­liyyət gös­­­­tə­rən Mir­ya­q­ub ağa­nın evi kən­­din yuxa­rı ta­yın­­da­kı Seyidlər mə­həl­lə­sində olub. 1988-ci il de­­portasi­ya­sın­dan sonra dağı­dı­lıb

Məlumat

Məşədi Miryaqub ağa (1884-1984) Mirəli ağanın doğma qardaşı, ucaboylu, mütənasib qamətli, sözü qılınc kimi üzə deyən, bölgənin istəklisi və ağsaqqalı olub. 

O, doğul-duğu kənddə dini təhsil alıb, sonra isə həmin mədrəsədə müəllimlik edib. Keçən əsrin 30-cu illərinin repressiyasında Miryaqub ağanı dini-ruhani baxışlarına və el arasında olan hörmətinə görə Kəvər qalasının zindanına salıblar. Daşnak-bolşevik məmurlarının təkidlə ‒ “de ki, Allah yoxdur” ‒ əmrinə cavab olaraq – “Allah var!” ‒ deyə ayağını yerə vurub, inadından dönməyib.

 Uzun müddət davam edən bu cür iztirablı sınaqdan və məşəqqətdən sonra Ağa azadlığa buraxılıb. Gözəl avazla quran oxuyan, şirin hədislər ustası olan Miryaqub ağa həm də Qurani-hafiz idi .
Kənd və ətraf ərazilərdəki azərbaycanlı əhalinin nəzir verib, dualar etdiyi inanc yeri olub.