- Tarixi
- XVI-XVII yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Mığrı rayonunda
- YerləşməHazırkı toponim
Mığrı rayonu 09.09.1930-cu ildən–Meğri
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Mığrı karvansarası ermənilər tərəfindən mənimsənilib. “Araks” adlı restoran kimi günümüzdə istifadə olunur. (26.08.2013)[i]
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.103690796373726/1355329527876507
- Məlumat
Mığrı karvansarası I Abbasın ölkədə tikdirdiyi 999 karvansaradan biridir.[i] İrəvan azərbaycanlılarına məxsus, Şərq memarlıq üslubunda yol kənarındakı alçaq təpədə tikilən və geniş giriş oval qapısı olan karvansaranın qabaq hissəsinin memarlığı və tikintisi Şuşa qalasının giriş hissəsi və İrəvandakı mədrəsə ilə oxşarlıq təşkil edir. Boz rəng dəmir qapıları olan karvansaranın divarları qırmızı tuf daşdan tikilib. Giriş qapısının yerləşdiyi divarın təxmini hündürlüyü 6 metr, uzunluğu 20–25 metr, kənar divar hissəsi isə 5 metr, yoldan karvansaranın giriş qapsına qədər daşdan hörülən pilləkən sayı 20 civarındadır.
Toponim şəhəri salan Mehranilər sülaləsinin hökmdarı Mehraninin adı ilə bağlıdır. Mığrı karvansarasının yerləşdiyi ərazidə ancaq azərbaycanlılar yaşayıb. Yol kənarında yerləşən karvansara tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri olub.
[i] http://az.wikipedia.org/wiki/Megri
