Mir Abbas ağanın qəbri / ocaq
Zəngibasar mahalı, Zəngibasar rayon mərkəzi Uluxanlı qəsəbəsindən 2 km Qərbdə Zəngi çayının sol sahilindəki Aşağı Necili kəndinin içində məscidin arxa tərəfində.
25.01.1978-ci ildə kəndin adı dəyişdirilərək Sayat Nova adlandırılıb.
Memarlıq
1988-ci il deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
Təzə qəbiristanlıqda yerləşən Mir Abbas ağanın qəbri üstündəki üzərində yazılar olan enli və hündür qəbirüstü abidəsi ocağa çevrilib. Kənd əhalisi Mir Abbas ağanın qəbrinə and içir, ocağına qurban deyir, nəzir verir, niyyət edirdilər. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıb, ermənilər 1946-48-ci illərdə xaricdən köçürülüb [i].
Buna baxmayaq 1988-ci il deportasiyasına qədər kənddə yaşayan azərbaycanlıların sayı çox olub. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə “nəcli” türk etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir və quruluşca mürəkkəb toponimdir [ii], [iii].
Kəndin qədim yaşayış məskəni olduğu və azərbaycanlıların dini inanclarını göstərir
[i] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili
[ii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 30.
[iii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 77.