- Tarixi
- 1895-ci il
- YerləşməƏvvəlki toponim
Ağbaba mahalı, Amasiya rayonunda
- YerləşməHazırkı toponim
Ağbaba mahalı, Amasiya rayonu
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Mir Həmzə Nigarinin türbəsi 1988-ci ildə azərbaycanlıların bölgədən deportasiyası dövründə qəbiristanlıq və məscidlə birlikdə yandırılıb.
- Məlumat
İsmayıl Şirvaninin Qarabağ bölgəsində fəaliyyətləri ilə diqqət cəlb edən xəlifəsi Mir Həmzə Nigaridir. O, Qarabağ xanlığının Cicimli kəndində 1805-ci ildə anadan olub. Gəncliyində elm öyrənmək üçün buradan Türkigənin Sivas şəhərinə köçərək, İsmayıl əfəndinin yanına gəlib. Elmi və təsəvvüfi təhsilini tamamladıqdan sonra Qarabağa qayıdıb. Azərbaycanı işğala başlayan ruslara qarşı üsyan hazırlığı edərkən planlarının üstü açıldığına görə, qaçaraq İran üzərindən Ərzuruma getmişdir. Şeyxi İsmayıl Şirvanidən sonra Amasiya və ətrafındakı insanları irşada dəvət etmə vəzifəsini davam etdirmişdir.[i] Mir Həmzə Nigari vəfatından sonra Amasiyada dəfn olunub. Mir Həmzə Nigarinin müridlərindən Qazaxlı Şeyx Hacı Mahmud Azərbaycandan toplanan ianələrlə şeyxin qəbri üzərində türbə və məscid tikdirmişdir. Türbə 1876-cı ildə tikilməyə başlanmış, 1895-ci ildə başa çatdırılıb.[ii] Hündür və tavan hissəsi günbəz formasında olan Mir Həmzə əfəndinin türbəsi onun adına tikilən məscidlə bitişikdir.
Mir Həmzə Nigari əhalinin qayğıları ilə maraqlanıb, onlara göstərdiyi dəstəklə cəmiyyət arasında nüfuz sahibi olmuşdur. Onun üçün inşa edilən türbə azərbaycanlıların bölgədə ad–san sahibi insanlar yetişdirən millət kimi burada dərin tarixi keçmişinin olduğunu göstərir.
