Mir Qafar ocağı

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­lı, Zən­gibasar ra­­yo­nun­dakı Zəh­mət kən­d­in­­də

Yerləşmə /
Hazırkı toponim:

Haçaparaq kəndi 03.01.1935-ci il­dən – Zəhmət, 19.04.1991-ci il­dən isə – Xaç­p­a­rad­lan­dırı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Mir Qafar ocağı yer­li azər­bay­can­lılar  tə­rə­fin­dən səcdə e­dilən yerlər­dən biri olub. 1988-ci il­də azər­bay­­can­­lı­la­­rın depor­ta­s­i­ya­­sın­dan son­ra e­r­­mə­­nilər tə­rə­fin­­dən uçu­rulub.

Məlumat:

22 Mir Qafar ocağı XVIII-XIX yüzil Zəngibasar mahalı, Zən-gibasar rayonundakı Zəhmət kəndində. Haçaparaq kəndi 03.01.1935-ci ildən  Zəhmət, 19.04.1991-ci il¬dən isə  Xaçpar adlandırılıb. Memarlıq Pir/ocaq/ ziyarətgah Mir Qafar ocağı yerli azərbaycanlılar tərəfindən səcdə edilən yerlərdən biri olub. 

 

1988-ci il¬də azərbaycanlıların deportasiyasından sonra ermənilər tərəfindən uçurulub. Mir Qafar ocağı (İlanlar oylağı) kənd qəbiristanlığında ocaq kimi mühafizə edilir və xalq tərəfindən ziyarət edilirdi. Mir Qafar ocağı və digər tarixi Azərbaycan torpaqlarındakı ocaq və ziyarətgahların inşası, təmiri və qorunması yerli Azərbaycan əhaLisi tərəfindən həyata keçirilib.

(Deyilənlərə görə: “1970-ci illərin əvvəllərində kənd sakini Salman Həşim oğlu (1925-1985) bu ocağı bərpa etmək istəyir, erməni sürücüsündən bir maşın qum alanda, xərcində güzəşt etməyi xahiş edir. Erməni razı olmur, dediyi qiymətə satır. Axşam onu evdə bərk ağrı tutur.

 Dəhşətli sancıdan səhərədək qıvranaraq qalır. Anası soruşur ki, bu gün başına nə gəlib? O, Salman Həşim oğlu ilə arasında olan söhbəti anasına deyir. Anası məsələni başa düşür, ona səhər təcili bir qoyun almağı, kəndə aparmağı, ziyarətgahda kəsdirməyi tapşırır. Erməni onun dediyini edir, hətta 20 göyərçin də alıb ocağın üstünə buraxır. Deyilənə görə göyərçinlər heç vaxt ocağı tərk etməyib, başqa yerə uçmayıblar .


Bölgədəki müsəlman-türk əhaliyə aid müqəddəs ocaqlar mədəni-tarixi irsin keçmişini və ruhani dünyagörüşünün duyğusal məzmununu özündə ehtiva etdirir.

Fotolar:
Videolar: