- Tarixi
- 1980-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Çəmbərkənd rayonundakı Ağbulaq kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Ağbulaq kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Ağberk adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1948-1953 il deportasiyasına qədər fəaliyyət göstərib. Deportasiya zamanı Mirəli ağanın övladları tərəfindən qəbri ilə birlikdə Beyləqana köçürülüb. Orada qalan ziyarətgahın olduğu tikili dağıdılıb.
- Məlumat
Göyçə, Qaraqoyunlu, Şınıx bölgələrində, Qazax və Tovuz nahiyələrində hörmətli din xadimlərindən Mirəli ağa Məşədi Mircavad ağa oğlu (1880-1979) Bəyazid mahalının Kəvər nahiyəsinin Hacımuğan kəndində dini-irfani ailədə doğulub.
Mirəli ağa el-obanın müdrik ağsaqqalı, inamlı, kəramətli din adamı, haqq-ədalət, insaf-mürvət carçısı kimi şöhrət qazanıb. Mahalda elin-obanın and dualarından biri də “Ya Mirəli ağa cəddinə and olsun” inancı idi.
Ağbulaq kəndində Mirəli ağanın yaşadığı ev və kənd qəbiristanlığındakı məzarı, oğlu Hacı Mirhüseyn ağa (1930-2005) tərəfindən 1980-ci illərdə qırmızı-ağ kərpicdən, qara dəvəgözü və mərmər örtükdən inşa etdirilən dördkünc imamzadə ziyarətgahı elin- obanın müqəddəs inanc yeri kimi sakral-ruhsal məkanlardan biri idi. Bu ocaqdan yığılan ianələr bütünlüklə kəndin ehtiyaclı ailələri arasında bölüşdürülərdi. Ocaq onun sahibi Mirəli ağanın adı ilə Mirəli ocağı adlanırdı [i].
Bölgənin müqəddəs məkanları özündə tarixi-coğrafi keçmişi olduğu kimi yaşada bilib.
[i] http://www.elibrary.az/docs/qazet/qzt2020_15379.pdf
