Miryaqub ağa türbəsi / Mirəli Ağa türbəsi
Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndinin şərqindəki qəbiristanlıqda.
Çəmbərək rayonu – 31.12.1937 -ci ildən – Krasnoselo, Ağbulaq – 19.04.1991-ci ildən – Axperek.
Memarlıq
Azərbaycanlıların Ağbulaq kəndindən 1988-ci il deportasiyasından sonra ziyarətgah ermənilər tərəfindən dağıdılıb.
Göyçə mahalının Çəmbərək (31.12.1937-ci ildən – Krasnoselo) rayonunun Ağbulaq 19.04.1991-ci ildən – Axperek) kəndinin şərqindəki qəbiristanlıqdakı türbə bütün Göyçə, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə bölgələrində məşhur idi. Türbənin önündə hər gün neçə-neçə qurbanlar kəsilər, nəzir-niyaz payla-nardı. 1988-ci il azərbaycanlıların etnik təmizləmə və deportasiyasından sonra ermənilər bu ziyarətgahı yerlə-yeksan ediblər [i], [ii].
Azərbaycanlıların məşhur, sınanılmış ziyarətgahlarından olub.
[i] İsmayıl, E. Ermənistan türklərinin 1988-ci il soyqırımı / Eldar İsmayıl. – Вakı, 1995. – S. 81.
[ii] İsmayıl, E. Məndən ötrü Ermənistan yoxdu, yox... / Eldar İsmayıl. – Bakı, 2002. – S. 119-120.