- Tarixi
- 1535-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunda rayon mərkəzindən 10 km cənub-şərqdə Sarıyaqub (Sarıyaqut) kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Sarıyaqub (Sarıyaqut) kəndinin adı 19.04.1991-ci ildə dəyişdirilərək Çaxkadzor adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Miskin Abdal ocağı bölgədə ən çox ziyarət edilən, qurban kəsilən, nəzir verilən ziyarətgahlardan biri olub.
- Məlumat
Miskin Abdal – Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, “Ricalül-Qeyb” (“Qeyb Ərəni”), böyük övliya, sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi olub. Miskin Abdal öz dövründə “Abdal” ilə yanaşı “Pir”, “Ata”, “Şeyx” kimi sufi titullarını da daşıyıb.
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışıb. Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılıb və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdıb, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olub. Onun Zərgərlidə (Sarıyaqubda) açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayıb[i].
1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edib və doğma kəndində dəfn olunub. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun yüzillər ziyarət edilib [ii], [iii].
[i] https://az.wikipedia.org/wiki/Miskin_Abdal
[ii] Yaquboğlu, A. Hamını yandıran itki / Araz Yaquboğlu // Yeni təfəkkür. – 2014. – № 10 (371), 14 mart. – S. 3.
[iii] Vikimənbə az.wikisource.org
