- Tarixi
- XVII-XVIII yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Qarakilsə rayonunda, mərkəzdən 18 km cənub-qərbdə, Dəstəgird kəndi ilə Murxuz kəndi arasında Əyri çayının sol sahilindəki Sofulu kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Sofulu kəndinin adı 09.04.1991-ci ildə dəyişdirilərək Sisyan adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Sovet dövründə ermənilər qədim daşları yük maşınları ilə rayon mərkəzinə daşıyırdılar. 1988-ci il deportasiyasından sonra Molla Qeyib piri dağıdılıb
- Məlumat
Kəndin tanınmış din xadimlərindən Molla Qeyibin qəbri və piri Sofulu kənd qəbiristanlığında yerləşir. Molla Qeyib Şeyx Əfəndinin (Nigarinin) dostu idi. Kəndin içində çox qədim tarixə malik məscid olub. Məscidin nəzdində mollaxana fəaliyyət şöstərib. Mollaxananın son müəllimi Hacı İsmayıl olub. Sovet hakimiyyətinin 30-cu illərində bu məscid dağıdılıb. Kəndin ətrafında bir çox yerlərdə üstü yazılı, qoç şəkilli daşlar mövcud idi[i].
Sofulu kəndinin yaşı VII-VIII əsrə gedib çıxır. Kəndin şimal-qərbində olan üst-üstə üç qat qəbirlərin qalıqları buna sübutdur.
[i] http://zengezur.com/index.php/ssyan
