Əsas şəkil

Mollaqaya qalası (Molla qalası)

Tarixi
X–XI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Yelizavet­pol quberniyasının Qazax qəza­sında, indiki Karvansara ra­yonunun Haq­qıxlı kən­di­ninin şərqin­dən 6-7 kilo­metr­lik məsa­fə­də

Yerləşmə
Hazırkı toponim

Karvansara rayonu  İce­­van, Haq­qıx­lı kən­di 1978-ci ildən  Sə­məd Vur­ğun, 1991-ci il­dən Hovk

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­rən  azər­­­bay­­­can­lı­ların  de­por­ta­si­yasına  qədər divarı yarı uçuq və­ziy­yətdə olan qalanın aşağı hissəsi daha sonra er­məni­lər tərəfin­dən dağı­dılıb.

Məlumat

Mollaqaya qalası Karvansara (İcevan) rayon mərkəzindən 10 km aralı, Haq­qıxlı kəndinin şər­qin­də, 6–7 kilometrlik məsafədə, dağın zirvəsində yerləşir.

Mollaqaya (Molla qalası) orta əsr qalasıdır. İndi dağınıq hal­da­dır. Qala inşaat və formasına görə belə adlandırılıb. Ancaq “Molla qalası” adı ilə bağlı əhali arasında bir neçə əfsanələr də dolaşmaq­da­dır. 

Ermənilər bu abidəyə də əl uza­­daraq onun aşağı hissəsini uçu­rub dağıdıblar[i].

Karvansara rayonunda, Ağsta­façayın dərəsinin sol yamacında, ra­yon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış Haq­qıxlı kəndi Qafqaz və Zaqaf­qa­ziya diyarı idarəsinin dəyişdiril­məsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yara­dılmış  Yelizavetpol quberniya­sı­nınQazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyə­tinin ərazisi daxilində mövcud ol­muş­dur. Azərbaycan Xalq Cüm­hu­­riy­yətinin süqutundan sonra Qa­zax qəzasında hərbi inqilab komitəsi ya­radıldı. Ermənistanda sovet ha­ki­miy­yəti qurulduqdan (29 no­yabr 1920-ci il) sonra Qazax qə­zası ərazisinin 44,5%-i, o cümlə­dən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Köti­kənd, Qoşqotan Külpi, Yeni Dili­can, Köhnə Dilican, Karvansara, Qa­raqoyunlu, Polad-Ayrım, Xaş­tar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Er­mənistanın tərkibində qaldı. Qa­zax qəza­sının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağsta­fa, TovuzGədəbəyŞamxor ra­yon­­ları, Ermənistana verilmiş tor­paqlarda isə  Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəm­şəddilDilican rayonları yaradıldı. Kəndin azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci ilin faciəli olayları zamanı kənddən bü­tün­lüklə qovulub.

Qala əhalinin ərazini mü­da­fiə etməsi üçün tikilən hündür zirvədə yerləşməsi ba­xımından  da əhəmiyyət da­şıyır. Qala, əra­zinin  əzəli sahibi olan et­nosun hə­lə or­ta əsrlərdə in­kişafını göstə­rən mənbədir. Əsrlər  bundan əvvəl sivil bir mədə­niyyətə malik olma­sı­na şəha­dət ve­rən əyani sü­butdur. 

 

 

 

 

 


 


[i] Mehdiyev Ələsgər, Əhmədov Amil, Nəbiyev Fuad. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.53