Mollaqayıb bulağı piri

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur m­a­ha­lı­­nın Qarakilsə ra­­y­o­nun­da, mər­kə­­z­dən 18 km cə­­nub­-qərb­də, Dəs­təgird kəndi ilə Murxuz kən­d­i arasında Əyri ça­­yı­nın sol sa­hi­lin­­­də­ki Sofulu k­­ən­din­dədir.

Yerləşmə /
Hazırkı toponim:

Sofulu kəndinin adı 09.04.1991-ci ildə də­­yiş­di­ri­lə­rək Soflu ad­lan­­dırılıb[i].

[i] Yeşilot, O. Revan Türkləri / Prof. Dr. Okan Yeşilot. – İstanbul, 2016. – S. 242.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azərbaycanlıların 1988-ci il de­­por­ta­si­ya­sın­dan son­ra Er­mə­nis­tan,  azər­­bay­can­lı  əha­liyə pi­ri zi­ya­rət etmək im­kanı veril­mə­yib.

Məlumat:

Hacalı yaylağının (bu yerlərdə Mollu yur­du, Sirikyur­du Qubadlı və Cəbrayıl na­hi­yəsinin tərəkəmə­lə­­rinin otlaq-örüş yerləri idi, qaçaq Nəbi Alı oğlunun gəzib-do­laş­dı­ğı dağ-qaya səngər yerləri olub) qoy­nun­daMolla Qayıb bulağı axırdı. 

Bubulaq və So­fulu kəndindəki eyniadlı pir ocaqkimi ibadət yeri idi. Guya, Sofulu kəndinin irfanlı-imanlı mollası bu bulağın suyundan dəs­təmaz almış və bu ocaqda da qeybol­muş­dur. Kəndin ortasında olanbu yerin ət­ra­fı həm də qədim qəbiristanlıq olub[i].

Kəndin adı­na XVII-XVIII əsr­lə­rə aid mən­­bə­lər­də rast gə­linir. So­­fu­lu­lar qə­d­i­m türk tay­fası Kən­gərlilərin bir qo­lu­dur. Molla­qa­­yıb bu­la­­ğı piri və kənd­­də­ki çox­­s­a­y­lı pir, ocaq, ziya­rətgah əh­a­­li­nin ina­nış və mə­nəvi də­yər­­lərinin gös­tə­ri­­ci­si­dir.

[i] Olaylar. –  2019. –  2-4 noyabr. – S. 14, ttp://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm; Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 132-133.

Fotolar:
Videolar: