- Tarixi
- III-V yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonu Subatan və Çaxırlı (Qızılbulaq) kəndləri ilə sərhəddə
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi Azərbaycan tarixinə aid zəngin maddi–mədəni irs olan abidənin üzərinə erməni elementləri əlavə olunub, erməniləşdirilib.
- Məlumat
Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Qrabar əlifbası ilə yazılan Alban Türklərinin yaşamasından bəhs edən xaç daşı kimi burada III-V yüzillərə təsadüf edən müxtəlif abidələr də mövcuddur. Albanlardan sonra Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi tərəfindən qoyulmuşdur. O, Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.[i]
Murad xaç daş abidəsi ilə yanaşı burada xalçaçılıq da geniş yayılıb. İrəvan xalçaçılıq məktəbinin "Zəngəzur", Şirvan xalçaçılıq məktəbinin bir çox nümunələri və digər xalça növləri şəxsi evlərdə toxunub, dövlətə təhvil verilib. İndi ermənilər bu xalçaları dünyaya erməni əsərləri kimi təqdim edirlər.
[i] https://az.wikipedia.org/wiki/Subatan_(G%C3%B6y%C3%A7%C9%99)
