Əsas şəkil

Müsəlman–din məktəbi

Tarixi
XX yüzilin əvvəlləri
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalının Basarkeçər rayonunda

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

İslam dinini öy­rədən Molla mək­təbi 1988-1991-ci ildə azər­baycanlı­ların deporta­si­ya­sın­dan sonra ermənilər tərə­findən dağıdılıb.

Məlumat

XX yüzilin əvvəllərində Basarkeçər ra­yo­nunda mollaxana adlanan dini mək­təb fəaliyət göstərirdi.[i] Dini məktəb olan molla məktəbində ərəb əlifbası İslam dini və onun müqəddəs kitabı Qurani – Kərimi oxumaq öyrədilirdi. İslam dinini öyrədən molla məktəbi iki mərtəbəli  idi. Aşağı mərtəbənin qabaq tərəfində dəmir barmaqlıqlı pəncərə və sağ tərəfində qapı qoyulub. İkinci mərtəbənin sağ tərə­finindən ikinci mərtəbəyə çıxmaq üçün məhəccəri taxta olan daş pilləkən hö­rülüb. Pilləkən evin açıq eyvanına çıxır. 

Ərəb əlifbası İs­lam dini və onun mü­qəddəs kitabı Qu­rani–Kəri­min öyrə­dil­mə­si insan­la­rın dini biliklərə yiyələnməsi, mə­nəvi dün­ya­sı­nın zəngin­ləş­­məsi baxı­mın­­dan əhəmiyyətli idi.  
 


[i] https://www.facebook.com/photo/?fbid=3150642488345193&set=a.102498776492928