- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Amasiya rayonunun Musluqlu (Mustuxlu) kəndində
- YerləşməHazırkı toponim
Amasiya– 09.09.1930-cu ildə yaradılıb. Musluqlu kəndində 1947-ci ilə qədər yaşayış olub. Ermənilər Lancik adlandırıblar.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Musluqlu kənd məscidi ermənilər tərəfindən sökülüb. Sökülən məscidin daşları ermənilər tərəfindən ev və tövlə inşaatında istifadə olunub.
- Məlumat
Musluqlu məscidi Amasiya rayon mərkəzindən 17 km şimal-qərbdəki Musluqlu kəndində yerləşmişdir. Məscidin tikintisində çay və qaya daşlarından istifadə olunmuş, üzü isə ağ torpaqla suvanmışdı. Təxmini hesablamalara görə, məscid eni 10, uzunluğu 12, hündürlüyü isə 4–5 metr civarında idi. Məscid dəfn mərasimləri və müsəlmanlara aid dini bayramlarda daha qələbəlik olurdu. 1918–1920-ci illərdə baş verən deportasiya zamanı ermənilər azərbaycanlı əhaliyə qarşı soyqırımı, vandallıq və vəhşiliklər törədərək, neçə əsrlərlə tarixi olan azərbaycanlılara aid maddi-mədəni abidələrin bir çoxunu da məhv etmişlər. Bu vandallıqdan Musluqlu məscidi də nəsibini almış, məscid yandırılmışdır. 1922-ci ildə kəndə qayıdan azərbaycanlılar tərəfindən bərpa edilən məscid 1925–1930-cu illərdə ermənilər tərəfindən sökülüb, daşları ev və tövlə inşasında istifadə olunub.
Kənddə 1886-cı ildə 150, 1897-ci ildə 199, 1908-ci ildə 223, 1914-cü ildə 317 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-cı illərdə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 57, 1926-cı ildə 82 nəfər azərbaycanlı yaşamışdır[i] Kənd 1930-cu illərdə ləğv edilib. İndi xaraba kənddir.[ii]
Musluqlu kənd məscidi İslam mədəni irsinin və dini kimliyinin nümunəsi olmaqla yanaşı, xalqın mənəvi dünyasına xitab edən abidə olması baxımından əhəmiyyət kəsb edir. Şörəyel mahalında “daşdan düzəldilən su qabı” mənasında “mustuq” sözü işlədilir. Mustuq “musluq” sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunauyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir[i].
[i] Пагирев Д.Д., Алфавитный указатель к пятиверстной карте Кавказа. . Тифлис. 1913.
[i] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.20–21, 104–105
[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Муслуглу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
