- Tarixi
- X əsr
- YerləşməƏvvəlki toponim
Tiflis quberniyasının Loru-Borçalı qəzasındakı, sonradan Allahverdi rayonunun Böyük Ayrım kəndində
- YerləşməHazırkı toponim
Allahverdi rayonu– 19.09,1969-cu ildən-Tumanyan. Hazırda Böyük Ayrım– Mets Ayrum adlanır. 07.11.1995-ci ildə Lori vilayətinin inzibati arazisinə daxil edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1987–1991-ci illərdə baş verən azərbaycanlıların tarixi torpaqlardan kütləvi deportasiyasına qədər məbəd qismən yararlı vəziyyətdə idi, azərbaycanlılar tərəfindən ziyarət edilib qorunurdu. 1988-ci ildə azərbaycanlıların sonuncu deportasiya-sından sonra məbəd ermənilər tərəfindən mənimsənilib və hazırkı dövrdə “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Nəhədək məbədi Böyük Ayrım kəndinin meşəsində yerləşirdi. Məbəd X əsrdə xristian qıpçaqlar tərəfindən tikilib, ermənilər tərəfindən ziyarət olunmurdu. Erməni abidəsi olmadığı üçün erməni tədqiqatçılar tərəfindən araşdırılmayıb. Nəhədək məbədi haqqında ermənilərin siyahısında məlumat yoxdur, meşənin qalın yerində, çox əzəmətli məbəd idi.
Azərbaycanlılar və qıpçaq kökənli insanlar tərəfindən ziyarət olunurdu. Qurban kimi xoruz kəsmək türklərin Dədə Qorquddan qalan adətidir, qızıl xoruz türk mifologiyasında müqəddəs sayılır. Ətraf kəndlərdə yaşayanların bir diləyi olanda Nəhədək məbədində xoruz, qoyun kəsərdilər, Allaha–Tanrıya dua edərdilər. Bu adətlər zərdüştlükdən, şamanlıqdan, Tanrı inancından qalmış, xristian-qıpçaq türklərində olan dini adətdir.[i]
Böyük Ayrım kəndində 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914-cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391[ii], 1939-cu ildə 530, 1959-cu ildə 550, 1970-ci ildə 815 nəfər[iii] yalnız azərbaycanlılar yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922, 1926, 1931) əhalinin siyahıya alınmalarında göstərilir ki, kənddə yalnız azərbaycanlılar yaşayıb[iv]. Erməni mənbələrində bu tarixi fakt saxtalaşdırılaraq “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni kimi göstərilir”[v]. 1950-ci ildə Şnoğ meyvəçilik sovxozu ilə birləşdirildi. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar qovulmuşlar. İndi kənddə ermənilər yaşayır.
Toponim Azərbaycan toponomiya-sında fərqləndirici əlamət bildirən “böyük” sözü ilə oğuzların “eymur” (eymir, imir) tayfa adının[i],[ii] fonetik variantı olan “ayrım” etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcuqluların bir qolu hesab edir[iii]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ərazinin azərbaycanlı-lara məxsus olduğunu toponim də sübut edir.
[i] Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.324
[ii] Quliyev Ə. Ayrımlar haqqında. - Azərbaycan filologiyası məsələləri, III bur., Bakı, “Elm”, 1991. s.204
[iii] Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.43
[i] Mənbə; İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini
[ii] Korkotyan Zaven. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. 67, 98-99
[iii] Hakopyan T.X., Məlik*Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.244
[iv] Korkotyan Zaven. Sovet Ermənistanının əhalisi (1831–1931). İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.67, 98-99
[v] Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.244
