- Tarixi
- 3500 il əvvəl
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonunun Nərədüz kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu 13.04.1959-cu ildən Kamo, Nərədüz kəndi – Noradus adlandırılıb.
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Nərədüz kəndindəki kurqan qəbirlər kəndin qərb hissəsində azərbaycanlı-ların 1988-ci ildəki deportasiyasına gədər qalırdı. Oğuz türkləi dövrünə aid olduğu üçün azərbaycanlılar ərazidən qovulduqdan sonra kurqanlar ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Kəndin qərbində 1988-ci ilə qədər toxunulmamış qalan qədim məzarlıqdakı kurqanlar–oğuz qəbirləri öz heyrətamiz ölçüləri ilə diqqəti çəkirdi. O kurqanlarda hələ II Dünya müharibəsindən öncə Moskva arxeoloqlarının iştirakı ilə aparılmış qazıntılar zamanı tapılmış bəzək əşyalarının təxminən 3500 yaşı olduğu və o zərgərlik məmulatlarında istifadə olunmuş qızılın keyfiyyət etibarilə məhz Zod qızılı ilə eyniyyət təşkil etdiyi elmi cəhətdən rəsmən təsbit edilmişdir[i].
Kənddə əvvəlcə azərbaycanlılar yaşayıb. Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülüb.
Kurqanlardakı arxeoloji nümunələrin 3500 il yaşı olduğu isə dünyanın bütün arxeoloqları tərəfindən təsdiqlənmiş faktdır. Toponim türk dillərində “sıldırım qayalıq, dərin dərə, uçurum” mənasında işlənən “nori” sözü ilə “düz” sözünün birləşməsindən əmələ gələn orotoponimdir[i].
[i] Bayramov İ., Mustafa N. Həqiqətin onomastikası, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021, s.79
[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.322
