Əsas şəkil

Nərədüz kəndində Oğuz abidələri

Tarixi
V–VI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Kəvər rayonunun Nə­rədüz kən­dində

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu 13.04.1959-cu ildən Ka­mo, Nə­rədüz kən­di Noradusadlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Nərədüz kən­dinin qərb his­səsindəki qə­dim məzarlıq­da­kı Oğuz döv­rünə aid qə­birüstü abi­də­lər azərbay­can­lıların de­por­tasiya olun­duğu 1988-ci ilə qədər toxu­nul­mamış qa­lır­dı. Azərbay­canlıların de­por­tasiyasından sonra Oğuz qəbir­lə­ri­nin bir ço­xu dağıdılıb, qa­lan­ların üzə­rin­dəki yazı təsvirləri sili­nib, erməni ele­mentləri əla­və edilərək “erməni abi­dəsi” kimi təq­dim edi­lir.

Məlumat

Nərədüz kəndinin qərb hissəsin­də yerləşən qədim qəbiristanlıqda Oğuz dövrünə aid çox sayda qəbir­üstü abidələr mövcud olub. İki və üç metr hündürlüyü olan abidələrin üzə­rində oğuzların məişət və həyat şəraitini özündə əks etdirən müxtəlif təsvirlər və yazılar olub. Hündür əra­zidəki Oğuz qəbirləri öz hey­rə­ta­miz ölçüləri ilə diqqət çəkib. Əlində qopuz olan ozan, əlində səhəng tu­tan xanımlar, at üstündə yayı çəkib ceyran ovlayan atlı təsvirləri diqqət çəkən abidələrdən olub. 1828-ci ildə ermənilərin Türkiyə­dən köçürülmə­sin­dən sonra, o cüm­lədən 1905–1906-cı, 1918–1920-ci və 1948–1953-cü illərdə baş verən soy­qırımı və deportasiyalar dövründə oğuz abi­­dələrinin bir qismi tamamən da­ğı­dılıb. 1987–1991-ci illərdə azər­bay­can­­lıların Qərbi Azərbaycandan deporta­siya­sından sonra isə abidə­lə­rin üzə­rindəki orijinal yazı və təs­virlər ermə­nilər tərəfindən silinərək azər­baycanlı izləri yox edilməyə ça­lışıllıb[i].

Erməni ədə­biy­­ya­tında bu ad “Nu­­ratus” for­masında ək­­sini tapır. Kənddə əv­vəl­cə azər­bay­­­can­lılar ya­şa­­mış, erməni­lə­rin böl­gədə məs­kun­­laş­dırıl­ma­sından sonra əhali tədricən kəndi tərk et­mişdir. Kəndə ermənilər 1828-ci ildən sonra Tür­ki­yə­dən kö­çürül­müş­dür. To­po­nim türk dil­lərində “sıl­dı­rım qayalıq, də­rin dərə, uçu­­rum” mə­na­sın­da iş­lə­nən “no­ri” sö­zü ilə “düz” sö­zünün bir­ləş­məsindən əmələ gələn oro­toponim­dir. Hazırda erməni dilində olan rəs­mi sə­nəd­lər­də yaşa­yış mən­tə­qə­si­nin adı “No­­ra­dus” kimi ya­zılır[i].

 


 


[i] Bayramov İ., Mustafa N. Həqiqətin onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021, s.79