Əsas şəkil

Nərədüz kəndində qəbirüstü abidələr

Tarixi
IX–XVI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Kəvər ra­yonunun Nə­rədüz kən­dində

Yerləşmə
Hazırkı toponim

Kəvər ra­yonu –13.04.1959-cu ildən-Kamo,  Nə­­rədüz kəndi – No­ra­dus adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Nərədüz məzarlığında olan ən qə­dim xaç daşın tarixi X əsrə aiddir[i]. Bu­ra­dakı qəbiristanlıqda XIII əsrə aid alban xaç daşları ilə XIV əsrin əvvəl­lərinə aid müsəlman qəbirüstü sən­duqələrinin və daş stelalarının ya­naşı mövcud ol­ma­sı bölgədə yerli al­ban əhalinin xris­tian­lıq­dan müsəl­man­lığa keçidinin məhz XIII əsrin sonu–XIV əsrin əvvəl­lərinə təsa­düf et­diyini təs­diqləyir[ii]. Lakin bədii tər­tibat və zən­ginlik baxımından dəyərli sənət əsəri kimi qiy­mətləndirilən mə­zar daşları XIV–XVI əsrlərə aid olan məzar daş­larıdır[iii].

Həmin daşlarda İslam və xristian ele­mentələri, eyni zamanda sırf Azər­bay­can türklərinin tarixi gələnəkləri ilə bağ­lı olan və erməni bədii oyma nü­mu­nələri olan tarixi xaçkar­lar­da heç vaxt rast gə­lin­məyən səkkizguşəli ul­duz ki­mi müx­təlif elementlər, o cüm­lə­dən  ərəb  əlif­bası  ilə  yazılar,  İslam

mo­­­tiv­­li naxış­lar və azərbaycanlı ad və soyadları qeyd olun­muşdur. Bu zən­gin Azərbaycan abidə­lə­rini öz adları ilə dünyaya təqdim etməyə çalışan er­mə­nilər xaçkarların yaradıldığı dövr­lər­­də  Ermənista­nın  Sə­fə­­vi­lərə tabe ol­­ması səbəbi ilə erməni mə­dəniy­yə­tinin İslam və türk mə­də­niyyətinin tə­sirlərinə mə­ruz qalması ilə izah et­məyə çalışırlar. Qeyd etmək la­zım­dır ki, eyni hal Cuğa alban məzarlı­ğın­dakı xaçkarlarda əks olunur. Lakin tarixi mənbələr Səfəvi­lərin haki­miy­yə­tinə tabe olan həmin ərazilərin Er­mə­­nistan deyil,  Çuxur Səəd  vilayəti ad­lan­­dı­ğını və əhalininin, demək olar ki, ha­mı­sının Azərbaycan türklərin­dən iba­rət ol­ma­sını göstərir[iv]. Məzar­lıqdakı mü­səl­man və xristian məzar daşlarının əsas müəlliflərinin adı da məlumdur. On­lar Kəri Kazım oğ­lu (1551–1610), onun müasirləri Ərə­kə­li və Məlik­səddir. Er­mənilər isə ərəb əlifbası ilə Azərbay­can dilin­də ya­zılmış həmin adları Kiram Kaz­moq, Arakel və Meliset kimi təqdim edirlər[v].

[i] Ələkbərli Ə. – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 138–140

[ii] Шопен И.– Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, ст 317

[iii] Hakobyan, Julia. "Life in the Monuments of Death: A visit to the cemetery village, Noraduz". ArmeniaNow.com. 2003-09-12. İstifadə tarixi: 2007-10-10.[

[iv] Azərbaycan Milli Elmlər Akademiyası, İlk mənbələr, Osmanlı dövlətinin İrəvan dəftəri, Bakı, 2009

[v] Ney, Richard L. "Who Made Khachkars?". The Gift of Stone. TourArmenia. 2005. 2012-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-11.

Məlumat

Nərədüz kən­di qədimdən türk-oğuz boy­larının, Qaf­qaz albanları­nın vətə­ni olub. Bunu oradakı qədim dövrlərə aid abi­dələr də təs­diq edir. Məzarlığın ümumi ərazisi yeddi hektara yaxındır və burada təxmi­nən minə ya­xın məzar var­dı. Məzar daşlarının ək­səriyyəti tək­rarolunmaz, incə və gözəl naxışlarla bə­zədilmişdir[i].
 
[i] Hakobyan, Julia. "Life in the Monuments of Death: A visit to the cemetery village, Noraduz". ArmeniaNow.com. 2003-09-12. İstifadə tarixi: 2007-10-10.