- Tarixi
 - 1305-ci il
 - YerləşməƏvvəlki toponim
 Göyçə mahalının Kəvər rayonunun Nərədüz kəndində
- YerləşməHazırkı toponim
 Kəvər rayonu –13.04.1959-cu ildən Kamo, Nərədüz kəndi Noradus adlandırılıb.
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Nərədüz qəbiristanlığında bədii tərtibatlı daş sənduqə hazırda oradadır. Sənduqənin yuxarı hissəsində ətraf kəmərin bir hissəsinin sonradan kobud şəkildə ermənilər tərəfindən silinərək, erməni əlifbası ilə yazı əlavə edilib, “erməni abidəsi” kimi mənimsəməyə çalışıldığı görünür[i].
[i] https://az.wikipedia.org/wiki/N%C9%99r%C9%99d%C3%BCz
- Məlumat
 Nərədüz kəndində, tarixən azərbaycanlı əhalinin “Abıllu” dediyi yerdə 1305-ci ildə vəfat etmiş, “şəhid” əmir Sədəddin ibn Seyfəddinə məxsus sanduqə tipli, üzərində müxtəlif motivləri olan qəbir daşı var. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir[i].
Nərədüz qəbiristanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: “Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid…dir. Yeddi yüz dördüncü il”[ii] . Hicri 704-cü il isə miladi təqvimlə 1304–1305-ci ilə təsadüf edir. Sənduqənin uzunluğu 1,5, eni 0,7 metr, hündürlüyü isə 0,9–1 metr civarındadır.
Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilmişdir[iii].
Kənd qədim dövrlərdən türk-oğuz boylarının, Qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür[iv].
Toponim türk dillərində “sıldırım qayalıq, dərin dərə, uçurum” mənasında işlənən “nori” sözüilə[i] “düz” sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Yerli əha- li –azərbaycanlılar adını “Nərədüz” formasında tələffüz edirdilər.
[i] Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası, Bakı, «Elm», 1993. s.79
[i] https://az.wikipedia.org/wiki/Norad%C3%BCz
[ii] Неймат М. Корпус эпиграфических памятников Азербайджана, т 3, Баку, 2001, ст. 78–86
[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55
[iv] Ələkbərli Ə. Qədim türk-oğuz yurdu – “Ermənistan”, Bakı, 1994, səh 138–140
