- Tarixi
- IX–XVI əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonunun Nərədüz kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu –13.04.1959-cu ildən Kamo, Nərədüz kəndi Noradus adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1987–1991-ci illərdə baş verən azərbaycanlıların deportasiyasına qədər kəndin xarabalıqları və qəbirüstü abidələr qismən sağlam vəziyyətdə olub. Azərbaycanlıların deportasiyasından sonra sənduqələrin üzərindəki yazılar və təsvirlər türk-İslam mədəniyyətinin izlərini daşıdığı üçün ermənilər tərəfindən silinib, elementlər əlavə edilərək, erməniləşdirilməyə çalışılıb[i].
[i] https://az.wikipedia.org/wiki/N%C9%99r%C9%99d%C3%BCz#/media/Fayl:Noraduz_Tombstone1.JPG
- Məlumat
Nərədüz kəndindəki məzarlığın ümumi ərazisi yeddi hektara yaxındır və burda təxminən minə yaxın məzar vardır. Məzarlıqda orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir. Buradakı min abidənin yarıdan çox hissəsini üzərində ərəb əlifbası ilə yazılar həkk olunmuş İslam dövrünə aid sənduqə qəbirlər təşikl edir. Sənduqə qəbir daşları üzərində mərhumların fəaliyyətini əks etdirən təsvirlər də yer alıb. Bu həm də onların həyat və məişəti, mədəniyyətini tanıyıb öyrənmək imkanı verir. Məzar daşlarının əksəriyyəti təkrarolunmaz, incə və gözəl naxışlarla bəzədilmişdir[i]. Müxtəlif ölçülərdə olan qəbirüstü sənduqələr sərt qaya daşlarından hazırlanıb. Yazı və təsvirlər daşın üzərinə dəlici və kəsici alətlərdən istifadə olunaraq həkk olunub.
Nərədüz kəndindəki məzarlıq İslam abidələri baxımından ən çox zəngin olması ilə yanaşı, alban və oğuz türkləri dövrünün maddi-mədəni mirasının olduğu tarixi bir yerdir.
[i] Hakobyan, Julia. "Life in the Monuments of Death: A visit to the cemetery village, Noraduz". ArmeniaNow.com. 2003-09-12. İstifadə tarixi: 2007-10-10.
