Əsas şəkil

Nərədüz məbədi

Tarixi
IX əsr
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Kəvər ra­yo­nunun Nərə­düz kəndində

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu– 13 aprel1959-cu ildən Kamo, Nərədüz kəndi Nora­dus adlandı­rılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Daş kirəmit­dən olan tavan hissəsi uçub da­ğıldığı üçün azərbaycanlı­lar orda yaşa­dı­ğı dövrdə dam hissəsini dəmir metal örtüyü ilə əvəz­ləyiblər. Hal-hazırda mövcud olan məbəd ermə­nilər tərəfin­dən mənimsə­ni­lib “erməni abidəsi” kimi təqdim olunur.

Məlumat

Nərədüz məbədi tarixi Nərədüz qəbiristanlığında yerləşir. IX əsrdə inşa edilmiş, sonra zamanla məbə­din şimal tərəfində böyük qəbiris­tan­lıq yaranmışdır. Buradakı qəbi­ris­tanlıqda XIII əsrə aid alban xaç daşları ilə XIV əsrin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqə­lə­rinin və daş stelalarının yanaşı möv­cud olması bölgədə yerli alban əhalinin xristianlıqdan müsəlman­lığa keçidinin məhz XIII əsrin so­nu, XIV əsrin əvvəllərinə təsadüf et­diyini təsdiqləyir.[i] 

Məbədin eni 4–4.5, uzunluğu 6–7, hündürlüyü isə 3,5–4 metr ci­varındadır Məbəd sarı və qəhvəyi rəng tuf daşla tikilib. Arxa hissə­sində kiçik pəncərə mövcuddur. 

Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məs­kun­laşdırılmasından sonra əhali təd­ricən kəndi tərk etmişdir. Kəndə ermənilər 1828-ci ildən sonra Tür­kiyədən köçürülmüşdür .

Erməni ədə­biyyatında bu ad “Nuratus” formasında ək­sini tapır. Toponim türk dillərində “sıl­dırım qayalıq, dərin dərə, uçu­rum” mə­na­sında işlə­nən “nori” sö­zü ilə “düz” sö­zünün bir­ləş­məsindən əmələ gələn orotoponim­dir. Hazırda erməni dilin­də olan rəsmi sənədlərdə ya­şayış mən­tə­qə­sinin adı “Noradus” ki­mi yazılır[i].
 


[i] Bayramov İ., Mustafa N.Həqiqətin onomastikası, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021, s.79

 

 

 


 


[i] Шопен И.– Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, ст 317