Nərimanlı kəndində alban sinə daşı abidəsi
Göyçə mahalı Basarkeçər rayonundakı Nərimanlı kəndində.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilib Şatvan adlandırılıb.
Memarlıq
1988-ci ildə azərbaycanlıların deportasiyasına qədər abidə Seyid Rəhim Məşədi Mehdi oğlu tərəfindən qorunub mühafizə edilib. Ermənilər tərəfindən dağıdılıb.
Nərimanlı kənd qəbiristanlığında yerləşən “Alban sinə daşı”nın qalınlığı 30 sm, hündürlüyü 80 sm, uzunluğu 2,5 m, baş hissədə qartal, yanlarında at və dəvə karvanı rəsmi daşa həkk edilmişdi. Qəbiristanlığın Qərbində bir əski ərəb əlifbası ilə yazılı qəbirüstü sinə daşını 1920-ci illərin əvvəlində oxuyan Seyid Rəhim bu məzarın hicri tarixlə 1112-ci ilə aid döyüşlərdə şəhid olan sərkərdə Şahsuvar Şahbələd oğluna aid olduğunu bildirmişdi və onun ruhunu yaşatmaq üçün oğluna Şahsuvar (1928-2000), nəvəsinə isə Şahbələd (1982-1994) adı verilmişdir.
Sinə daşı qəbiristanlığın kənarındakı keçidin üstündə qoyulmuşdu. Bu daşın qorunması el-obanın ziyarət məkanı, dini irfani ocaq sahibi olan Seyid Rəhim Məşədi Mehdi oğlu (1904-1974) tərəfindən təmin edilirdi [i].
Alban sinə daşı qəbiristanlığın kənarındakı keçidin üstünə qoyulmuşdu, onun altından qəlbində niyyət tutaraq, dualanaraq, qorxusu olan və övlad həsrətində olanları keçirirdilər[ii] .
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm