Əsas şəkil

Nüvədi kənd karvansarası

Tarixi
XV-XVI yüzil
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur ma­ha­lı­nın Mığrı na­­hi­­yəsində, Nüvədi kən­­dinin qərbində  kənddən 6 km uzaqlıqdakı məsafədə

Yerləşmə
Hazırkı toponim

Mığrı rayonu– Meğri, Nüvədi kəndi – 19.04.1991-ci ildən Nonadzor adlandı­rılıb.

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Nüvədi kəndi ya­xın­lı­ğındakı kar­van­sara so­vet döv­ründə azər­baycanlılara aid abidə ol­duğu üçün er­mə­ni­lər tərə­f­in­dən tə­mir o­l­u­n­­mayıb. Uçub da­­­ğılan kar­van­sa­ranın yer­­ləş­di­yi əra­zi­də xa­ra­­ba­lıqları qa­lıb.

Məlumat

Nüvədi kəndinin qərbində, 6 km aralıda, Araz çayı yaxınlığında “Şam ərazisi” deyilən tarixi yerdə XV-XVI əsrə aid qədim karvansaranın uçuq–sökük yerləri dururdu, çox güman ki, bu mədəni–ticarət abidəsi Yaxın Şərq ölkələrindən Azərbaycana və ona qonşu dövlətlərə uzanan beynəlxalq ticari əhəmiyyətə malik bir tikili, memarlıq inşası olub.[i]

Xarici səyyahların da qeyd etdiyi kimi həmin dövrdə mövcud olan karvansaralar yol boyunca bir–birindən mü­əy­yən məsafədə yerləşib, quruluş və forma cəhətdən bir–birinə oxşarlıq təşkil edib.  Bu binaların əksəriyyəti böyük və iri yo­nul­muş daş­lardan inşa edilib, damları yastı, otaqları tağlıdır.[ii],[iii

Nüvədi kəndi yaxınlığındakı karvansara ge­diş–gəlişi çox olan yolun kə­nar­ında yer­lə­şib. Müx­təlif böl­­­gə­lər­dən gə­lən ta­cir, səy­yah, təd­qi­qat­çılar və bir çox kate­qo­ri­ya­dan olan insan­ların məskun­laş­ma­sı, kənd və onun ət­ra­fın­da­kı əra­zi­lərin so­sial–iq­tisadi cəhət­dən inki­şaf etmə­sinə bö­yük tə­sir gös­­tərib.


 


[i] Bakı Xəbər. 2020.  4 dekabr. № 212.  S. 13.

[ii] Qarayev, E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu – XIX yüzilliyin ortalarında) / Elçin Qarayev . – Bakı: Mürtəcim, 2016 . – S 434.

[iii] Биберштейн М. Описание провинции, расположенных на левом берегу Каспийского моря между реками Терек и Кура (перевод с франц. на рус. яз. С.Б.  Ашурбейли) // АМЕА TİEA ф.1, siyahı1, iş. 466.