Əsas şəkil

Ocaqqaya ziyarətgahı

Tarixi
XIX əsr
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­ha­lının Ama­siya rayo­nu­nun Mağa­ra­cıq kəndi ya­xınlığında  

Yerləşmə
Hazırkı toponim

Amasiya rayo­nunun Mağaracıq kəndi1991-ci ildən Qtaşen

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Ocaqqaya zi­ya­rətgahı 1987–1991-ci illərdə baş ve­rən az­ə­r­­­­bay­can­­lı­lar­­ın ta­ri­xi tor­paq­lar­dan de­­por­­ta­si­ya­sın­dan son­ra tərk edilmiş və­ziyyətdə qa­lıb. Ermənis­tan dövləti tə­rə­findən azər­bay­canlı-ların müqəddəs yeri ziyarət etmə­si­nə icazə veril­mə­yib. 

Məlumat

Ocaqqaya ziyarətgahı Amasiya ra­­yo­nunun Mağaracıq kəndinin ya­xın­lı­ğında yerləşirdi. Ocaqqaya və ətraf kənd­lərin əhalisi tərəfindən hə­mişə zi­ya­rət edilir, bu qayanın qa­­bağında qur­banlar kəsilir, nəzir ve­rərdilər. Bu ocaq kənd əhalisinin Se­yid Abbasın günbəzi kimi mü­qəd­dəs saydıqları qeyri-adi bir yer sayılır­dı[i]. Əhali tərəfindən sınaqlı ziyarət­gah hesab olnurdu.

Mağaracıqda 1988-ci ildəki son de­por­ta­siyaya qədər 250-yə yaxın azər­bay­canlı ailəsi yaşayırdı. Bun­lar ara­sında ən məşhurları: Molla İs­ma­yıllılar, Molla Məmmədlilər, Mol­la Hasanlılar, Hacı Salmanlılar, Kərba­la­yı Söyün­lülər, Xıləsgərlər idi.

Ocaqqaya zi­yarətgahı Azər­­­bay­can xal­­­­qına məx­sus dini-ir­fa­ni, sak­­­ral-ta­rixi abi­­­­də­lər kimi maddi-mə­dəni irs­in də­­yərli ele­­­­ment­­­lərin­dən he­sab olu­nur. 

 

 


 


[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.21