- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağbaba nahiyəsinin, indiki Amasiya rayonunun Öksüz kəndində
- YerləşməHazırkı toponim
Öksüz kəndi – 19.04.1991-ci ildən Darik
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1989-cu ilin qışında əhalinin Öksüz kəndindən soyqırımı yolu ilə deportasiyasın-dan sonra Öksüz ocağını azərbaycanlı-ların ziyarət etməsinə icazə verilməyib.Hazırkı dövrdə Öksüz ocağının daşı ermənilər tərəfindən devrilib, ətrafındakı hasar isə sökülüb.
- Məlumat
Öksüz ocağı Amasiya rayonunun Öksüz kəndinin yaxınlığında yerləşir. Pir hündürlüyü təxminən 3 metr, eni bir metrdən az olan uzun daşdan ibarətdir. Ağbaba bölgəsində sınaqlı ocaqlardan sayıldığından bütün Ağbaba nahiyəsinin kəndlərinin əhalisi ocağı ziyarət etməyə gəlir, niyyət edir, nəzir deyir, qurbanlar kəsirdilər. Nahiyənin Öksüz kəndinin kənarında çoxsaylı bulaqların yaxınlığında yerləşən pirin üstündə heç bir tikili olmasa da, yığılmış daş qalaqları ilə əhatəli idi. Camaat orada dua edər, şam yandırar, bayram günlərində ocağa ellikcə ziyarətə gələrdilər, ətrafını təmiz saxlayardılar[i].
Öksüz kəndi Amasiya rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan Respublikası ilə həmsərhəddə yerləşir. Kənddə 1886-cı ildə 62, 1897-ci ildə 96, 1908-ci ildə 153, 1914-cü ildə 176 nəfər azərbaycanlı yaşayıb. 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 202, 1926-cı ildə 242, 1931-ci ildə 270[ii], 1971-cı ildə 241, 1987-ci ildə 291 nəfər[iii] azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1989-cu ilin qışında tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim qədim türk dilində “çay” mənasını bildirən öküz sözü[i] əsasında formalaşmışdı. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir[ii],[iii]. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.
[i] Древнетюркский словарь, Л., «Наука», 1969. s.382
[ii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.405
[iii] Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.237
