- Tarixi
- E.ə. II minilliyin sonları
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonunun Ördəkli kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu Sevan, Ördəkli kəndi–26.04.1946-cı ildən Lçaşen (Gölkənd)
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Qaladakı kurqan qəbirlər arxeoloji qazıntılar sonrası ermənilər tərəfindən dağıdılıb. Arxeoloji qazıntılar zamanı çıxarılan əşyalar İrəvan şəhərinə aparılıb erməni elementləri əlavə olunaraq, erməniləşdirilib. Muzeylərdə ermənilərə aid tarixi əşya kimi nümayiş etdirilir.
- Məlumat
Ördəkli qalasındakı kurqanlardan tapılan əşyalar burada məhz azərbaycanlıların da soyundan gəldiyi türk mənşəli tayfaların məskunlaşma tarixinin çox qədim dövrlərə dayandığını sübut edir. Ermənistan Elmlər Akademiyasının Tarix Muzeyinin əməkdaşı A.MnatsakanyanÖrdəkli kəndində (indiki Sevan rayonunun Lcaşen kəndi) qazıntılar zamanı eramızdan əvvəlki ikinci minilliyin sonlarına aid, yəni azı 3000 il yaşı olan kurqanlar aşkarlayıb və o kurqanlardan çoxlu sayda tunc silahlar və məişət əşyaları, həmçinin qızıl məmulatları tapıb. Dəfinə həqiqətən zəngin idi: kurqanlardan tunc bəzək əşyaları, silahlar, qızıl qolbağ və boyunbağları, cənazələrin yerləşdirilməsi üçün xüsusi taxta kətillərin qalıqları çıxdı. Tapıntıların tarixi barədə fikirlər yekdil idi; Moskva arxeoloqları tapılan əşyaların eramızdan əvvəlki dövrün ikinci minilliyinin ortalarına aid olduğunu, yəni azı 3500 illik bir tarixə malik olduğunu birmənalı şəkildə təsdiqləyirdilər. Akademik B.Piotrovski Mnatsakanyanın bu tapıntılarını tədqiq edəndən sonra bildirib ki, “...bu əşyalar burada yaşayanların yüksək mədəniyyətinə şahidlik edir. Onlar Urartunun Zaqafqaziyaya doğru hərəkəti zamanı onlara qarşı vuruşmuş yerli qəbilələrin başçılarına məxsusdur”[i].
Bu tədqiqatın nəticəsi Göyçənin əzəli sahiblərinin Urartuya heç bir aidiyyəti olmadığını, ən əsası, Göyçənin əzəli sahibləri olan türk tayfalarının hələ eramızdan əvvəlki XII–XI əsrlərdə “yüksək mədəniyyət nümunələri yaratmaq səviyyəsinə qədər inkişaf etdiklərini” təsdiqləyib.
Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli[i] etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
[i] Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.6
[i] Пиотровский Б. “Ванскойе царство". M.,-1959. стр.24
