Əsas şəkil

Ördəkli qalası

Tarixi
E.ə II minilliyin ortaları
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Yeni Bə­yazid qəzasının Ördəkli kən­dində

Yerləşmə
Hazırkı toponim

Yeni BəyazidSevan, Ördəkli kəndi–26.04.1946-cı ildən  Lça­şen (Gölkənd)

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

Ördəkli qa­la­sının qalıq­ları 1987–1991-ci illərdə baş ve­rən  Qər­bi azər­bay­can­lı­ların sonuncu küt­ləvi de­­por­ta­si­­yasına qə­dər qa­lırdı. Ör­dəkli qalasını er­mənilər mə­nimsəyib “Lca­şen” ad­landırıblar.

Məlumat

Kəvər nahiyəsindəki Ördəkli qalasının eramızdan əvvəlki döv­rün II minilliyinin ortalarına, Ata­xan, Bitikçi, Quləli, Kəvər və Qış­laq qalalarının eramızdan əv­vəlki II minilliyin sonlarına, Baş­kənd mağara-qala kompleksinin eramızdan əvvəlki III minilliyə; Martuni nahiyəsindəki Əliqırıx və Ərgüş qalalarının eramızdan əv­vəlki 1 minilliyin əvvəllərinə aid olduğu artıq elmi təsdiqini tapmış həqiqətlərdir.

Ördəkli qalası geniş bir ərazini əhatə edirdi. Mövqeyi etibarilə bir çox ərazinin kəsişməsindəki stra­te­ji yerdə yerləşirdi.  Başqa sözlə, urartoloqların özlərinin etirafına görə, bu qalaların “ən cavanı” Kə­lə­qıran qalasından azı 300 il “qo­­ca”dır. O da artıq təsdiqlənmiş fakt­dır ki, eramızdan əvvəlki döv­rün VIII əsrindən sonra Ördəkli-Qışlaq-Quləli-Atamxan-Kəvər-Başkənd qalalarını birləşdirən is­teh­kam divarları tikilib.

1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göyçə nahiyəsində Bö­yük Ördək və Ki­çik Ördək kənd adları göstəril­miş­dir[i], [ii]. Göyçə bölgəsində Ördək kənd adının olduqca maraqlı tarixi var­dır: е. ə. VIII əsrə aid Urartu di­lin­də bir mənbədə Urtex kimi qeyd olunmuşdur[iii]

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman onlar qo­vulmuş, İran və Türkiyədən kö­çü­rülən ermənilər burada yerləş­di­ril­mişdir[iv]. 1920-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı, 22 nəfər azərbaycanlı ya­şamışdır[v]. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə erməni–azər­­bay­canlı münaqişəsi nəticə­sin­də azərbaycanlılar tarixi-etnik tor­paq­la­rından qovulmuşdur. İndi kənd­də yalnız ermənilər yaşayır.

Eramızdan əv­vəlki dövrün VIII əsrindən sonra Ördəkli- Qışlaq-Quləli- Atamxan-Kə­vər-Başkənd qalalarını bir­ləşdirən isteh­kam divarları tikilib. Qala digər qalaların istehkamları ilə birləşərək silsilə isteh­kam mövqe­yin­də olması baxımından əhəmiyyətlidir. Toponim türk tayfalarından biri olan qızıl­baş­lara məx­sus “ördək­li”[i]      etnonimi əsasında formalaş­mış­dır. Etnotopo­nimdir. Quru­luş­ca sadə to­po­nimdir. Əra­zinin türk mən­şəli tay­fa­la­ra mənsub ol­duğunu gös­tərir. 
 


[i] Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.6 


 


[i] Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .

[ii] Vəlixanlı N., IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. . Bakı. 1974.

[iii] Будагов, Б. Ә.Гејбуллајев, Г. Ә. Өрдәкли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

[iv] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595–598

[v] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 18–19