- Tarixi
- V–VI əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Düzkənd rayonunun Ortakilsə kəndində
- YerləşməHazırkı toponim
Düzkənd rayonu–Axuryan, Ortakilsə kəndi 26.04.1946-cı ildən Maisyan (may ayının adı ilə bağlıdır) adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ortakilsə kəndindəki alban məbədi və İslam abidəsi olan qəbirüstü sənduqələr kəndin azərbaycanlıların qədim yurd yeri olduğunu göstərir. Ortakilsə kəndindəki alban məbədi ermənilər tərəfindən restavrasiya olunub, üzərinə ermənicə yazılar və xaç elementləri əlavə edilib, mənimsənilib. İndiki dövrdə “erməni abidəsi” kimi təqdim olunur[i]
[i]https://az.wikipedia.org/wiki/Ortakils%C9%99
- Məlumat
Ortakilsə kəndinin kənarındakı qəbiristanlıqda yerləşir. Məbəd ilə qəbiristanlıq ərazisini çay və qaya daşlarından hörülən 1–1,2 metr civarında hasar ayırır. Məbəd sarı və qırmızı dördkünc formalı tuf daşlarla inşa olunub. Tikintisində ağ suvaq məhlulundan istifadə edilib. Məbədin eni, uzunluğu 10, hündürlüyü dam örtüyü ilə birlikdə 9–10 metr civarındadır. Qüllə hissəsi yarıdairəvi, nağara quruluşunda inşa olunub, dəyirmi üçbucaq formalı dam örtüyü qırmızı kirəmit ilə örtülüb. Məbədin 4 giriş qapısı, ensiz uzun pəncərələri olub. Dördkünc formada inşa edilən məbədin dörd tərəfində uzunluğu 2–2,5, eni 2, hündürlüyü isə 3–3,5 metr civarında, üstü kirəmit üçbucaq dam örtüyü ilə örtülü olan və hər birinin ayrı qapısı olan çıxıntı qoyulub.[i]
Kənd 1937-ci ilə kimi Leninakan (Gümrü) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə[ii], Qafqazın 5 verstlik xəritəsində[iii] qeyd edilmişdir.
Oradakı kilsə alban kilsəsi olub. Ermənilər əraziyə Türkmənçay müqaviləsi imzalandıqdan sonra İrandan gəlib.
Toponim kəndin ərazisindəki dini məbəd – kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi “orta” leksik vahidi əlavə edilib və Ortakilsə adlı kənd yaranıb. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
[i] https://az.wikipedia.org/wiki/Bazarc%C4%B1q_(Erm%C9%99nistan)#/media/Fayl:20130819_1_02_cf575.jpg
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.135
[iii] Пагиревь Д.Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.195
