- Tarixi
- XI–XII əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Düzkənd rayonunun Ortakilsə kəndində
- YerləşməHazırkı toponim
Düzkənd rayonu–Axuryan, Ortakilsə kəndi 26.04. 1946-cı ildən Maisyan (may ayının adı ilə bağlıdır) qoyulub.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Sənduqə qəbirlər İslam dəfn ənənəsinə xas olan abidələrdir.
Ortakilsə qəbiristanlığında yerləşən sənduqə qəbirlərin əksəriyyəti müsəlman abidəsi olduğu üçün ermənilər tərəfindən dağıdılıb[i].
[i] https://az.wikipedia.org/wiki/Ortakils%C9%99
- Məlumat
Qəbirüstü sənduqələr rayon mərkəzindən 15 km məsafədəki qədim qəbiristanlıq ərazisində yerləşir. Kəndin kənarındakı böyük qəbiristanlıqda çox sayda müxtəlif ölçülərdə sənduqələr mövcuddur[i]. Çoxunun uzunluğu 1,5–2 metr, eni 0,5 metr, hündürlüyü isə 0,6 metr civarındadır. Ölçü baxımından bir az kiçik olanları uşaq və yeniyetmələrə aiddir. Sənduqələr qırmızı və boz daşlar yonularaq hazırlanıb. Üzərində yazı və təsvirlər yer alıb. Ortakilsə qəbiristan-lığında onların sayının çox olması bu kəndin ərazisində türk-müsəlman əhalinin daha çox yaşaması ilə bağlıdır.
Kənd 1937-ci ilə kimi Leninakan (Gümrü) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə[ii], Qafqazın 5 verstlik xəritəsində[iii] qeyd edilmişdir.Oradakı kilsə alban kilsəsi olub. Ermənilər Türkmənçay müqaviləsi imzalandıqdan sonra İrandan köçürülüb.
Toponim kəndin ərazisindəki dini məbəd – kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi “orta” leksik vahidi əlavə edilib və Ortakilsə adlı kənd yaranıb. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
[i] https://az.wikipedia.org/wiki/Ortakils%C9%99
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.135
[iii] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.195
