- Tarixi
- E.ə II minillik
- YerləşməƏvvəlki toponim
Qaraqoyunlu mahalının Karvansara rayonundakı Haqqıxlı kəndində
- YerləşməHazırkı toponim
Karvansararayonu–İcevan, Haqqıxlı kəndi-1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən–Hovk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların 1988-ci ildə kütləvi deportasiyasından sonra Örükdaş Siklop tikilisi ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
“Örükdaş” (Hörükdaş) siklop tikilisi Haqqıxlı kəndində yerləşir. Haqqıxlı Ermənistan SSR–in İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub–qərbdə azərbaycanlılar yaşamış kənd olub. Qədim abidələrdən biridir. Bu tikilidə istifadə olunan daşların hər birinin çəkisi iki tondan çox olduğu təxmin edilir. Bu tikili xarakterik xüsusiyyətlərinə görə siklop tikilidir.
siklop tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Ehtimal edilir ki, bu Siklop tikililər düşmən hücumlarından müdafiə məqsədi ilə inşa edilmişdir.[i]
Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Haqqıxlıda 1919-cu ildə 540 nəfər azərbaycanlı yaşayıb. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları bağlayandan sonra evlərə od vermişlər. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir[ii]. 1922-ci ildə canını salamat qurtaranlardan bir qismi kəndə dönmüşdür. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurbanı olmuş və azərbaycanlı əhali zorla kənddən köçürülmüşdür.
Örükdaş Siklop tikilisi azərbaycanlılara məxsus tarixi torpaqlardakı ən qədim tikililərdən hesab olunur. Düşman hücumlarından müdafiə olunmaq məqsədi ilə inşa edilib.
