Oxdar kənd məscidi

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qafan ra­yonu Ox­dar / Oxtar kən­­d­in­­də yer­lə­şir

Yerləşmə /
Hazırkı toponim:

Qafan rayonu 11.04.1995-ci ild­ən – Sünik adlan­dırılıb. 

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Kəndin ya­xın­lı­ğın­da ermənilər tə­rəfindən da­ğı­dı­­lan qədim m­ə­s­­­­ci­din xa­ra­ba­lıq­la­rı qal­ır.

Məlumat:

Oxdar kəndi uzun illər azərbaycanlıların  yaşadığı kənd olub. Ərəb istilasından sonra yerli əhali İslam dinini qəbul edib və öz­lə­ri­nə ibadət etmək üçün məscid inşa edib. Oxdar kənd məscidi orta əsrlərdə XVII-XVIII yüzillərdə tikilib. 1918-ci ildə er­mə­ni­lərin hücumu nəticəsində kənd əhalisi soy­qırıma məruz qalıb və kənd məscidi yan­dırılıb. Sağ qalan əhali ətraf kəndlərə qaç­­mağa məcbur olub. Bir müddət  sonra ye­nidən yurda qayıdan əhali kəndi yenidən bərpa edib. 1905-1906 illərdə də kənd erməni daşnaklarının hücumuna məruz qalıb, əhalisi qovulub, kənd isə xaraba qalıb. Toponim qədim türk dilində “boy, qəbilə” mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi di­li­n­də -lar, -lər) şə­kilçisinin artırılması əsa­sın­da əmələ gəlib. “Tayfa”, “tayfa ittifaqı” mə­nasını verir. Etnotoponimdir. Quru­luş­ca sadə toponimdir [i], [ii], [iii].

Oxdar, azər­bay­can­­lı­ların ya­şa­dı­ğı kəndin adı olub. 1918-ci il­də ermənilər k­ə­n­­­di dağıtsa da, 1926-cı ildə əha­li geri qayıdıb və kəndi bərpa edi­b. 1988-ci ildə kə­n­d­­­də 850 azər­b­a­y­­­can­lı ya­şa­yıb. O­x­­dar kə­n­­­­d­inin adı da Ox tay­fası ilə əla­­qə­dar­dır. KDQ-də də Ox tayfaları xatır­la­nır[iv].

 

[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

[ii] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 328.

[iii] https://www.facebook.com/IrevandaTurkler/posts/2853898761352902:0

[iv] http://dede.musigi- dunya.az/o/oxdar.html

Fotolar:
Videolar: