Əsas şəkil

Pəmbək kəndində alban məbədi

Tarixi
VIII–XI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayonun­da­kı Pəmbək (Quş­çu, Göl­dək, Pəm­bək­li) kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu–11.06.1938-ci ildən Vardenis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Pəmbək kən­din­­­dəki alban mə­bə­di indiki dövrdə yarıda­ğınıq və xara­ba vəziy­yət­də­dir. Er­mə­nilər tərə­fin­dən mə­bədin da­mına xaç ele­­menti əlavə edi­lib “er­məni abidə­si” kimi təq­­dim olunur.

Məlumat

Göyçə gölünün şimal-şərqində, Basar­keçər rayonundan 24 km şi­mal - qərbdə, Vardenis - Çəmbərək şo­sesinin üstündə, sahildən 1,5–2 km aralıda, dəniz səviy­yə­sindən 2027 metr yüksəklikdə qərar­laşmış bu kəndin indiki coğrafi mövqe­yindən 300–350 metr qərbdə VIII–IX əsrlərə aid alban məbədi yerlə­şir.[i] Kəndin Duzdağ ərazisindəki qədim məbədin uzunluğu 10 metr, eni 4,5 metr, hün­dürlüyü isə 5–6 metr ci­varındadır.

Kənddə 1873-cü ildə 166, 1886-cı ildə 237, 1897-ci ildə 283, 1908-ci ildə 352, 1914-cü ildə 392, 1916-cı ildə 331, 1919-cu ildə 398 nəfər yalnız azərbay­canlılar yaşa­mış­dır. 1919-cu ilin yazın­da kənd ermənilərin soyqırımına məruz qa­lıb, sağ qalan azərbaycanlılar de­por­­ta­si­ya olunmuşdur. İndiki Er­mə­nistanda so­vet hakimiyyəti qu­ru­­lan­­dan sonra kəndi tərk etməyə məc­bur olmuş azərbay­can­lılar tari­xi torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 390, 1926-cı ildə 349, 1931-ci ildə 512[ii], 1987-ci ildə 2000 nəfər azərbaycanlı ya­şa­mışdır. 1988-ci ilin noyabr ayı­nın axırları–dekabr ayının əvəllə­rində kəndin əhalisi tarixi-etnik tor­paqla­rın­dan deportasiya edilmiş və kəndə ermənilər yerləşdiril­miş­dir. İndi də kənddə ermənilər yaşa­yır.

 “İrəvan əyalətinin icmal dəftə­ri"ndə Quşçu, Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi  forma­sın­da qeyd edilmiş­dir. Erməni mənbə­lərində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək gös­tərilir. Kəndin bir adı da Pəm­bək­li olmuşdur[iii].

Toponim quş­çu türk etno­ni­mi ilə  “iki dağ və ya tə­pə arasında, eləcə də dü­zən­likdə uzun dərin çuxur” mənasında iş­lənən dərə sö­zünün birləş­mə­sindən əmələ gəlmiş­dir. “Dərədə quşçu tayfa­sı­nın yaşadığı kənd” məna­sı­nı ifadə edir. Etnoto­ponim-dir. Quruluş­ca mürəkkəb toponimdir.


 


[i] https://az.wikipedia.org/wiki/P%C9%99mb%C9%99k_(G%C3%B6y%C3%A7%C9%99)

[ii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113

[iii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. ss.28,87,419