Əsas şəkil

Pəmbək kəndində qəbirüstü abidələr

Tarixi
VII–VIII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­lının Ba­sar­keçər ra­yo­nun­dakı Pəm­­bək (Quş­çu, Göl­dək, Pəm­bəkli) kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu–11.06.1938-ci ildən Vardenis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1988–1989-cu il­lərdə Qotur­bu­­­laq  kəndinin s­a­kin­ləri Er­mə­nis­tan­dan de­por­­tasiya edil­­dik­­dən sonra kənddəki qə­dim qəbiris­tan­lıq­da­kı qəbir­üstü abi­dələrin bir qismi ermə­nilər tərə­findən dağıdılıb. Qa­lan bir neçə qə­birüstü abi­də­­nin üstünə isə er­məni ele­ment­­lə­ri əlavə edilə­rək, mə­nim­sə­ni­lib. 

Məlumat

Pəmbək kəndinin Duzdağ adlanan əra­­zisində çox sayıda 2–3 metr hün­dür­lü­yündə və 0,7–0,8 m civarında qə­birüstü heykəl­lər mövcud idi. Bu qə­dim oğuz türklərinə aid olan abi­dələr Göyçə gö­lünün sahilində yer­ləşən Pəmbək kən­dinin ərazisi ilə ya­na­şı, Göyçə gölünün ətrafında olan bütün əra­zilərdə də möv­cud idi. Bu­nu 1893-1896-cı illərdə həmin əra­zilər­də tədqiqat və arxeoloji qazıntı işləri apar­mış məşhur rus alimi və ar­xeoloqu A.A.İvanovski də əsərlərində qeyd edib. Bu daşların üzərinə Ay və Günəş təsvirləri həkk olunmuşdu.

Kənddə 1873-cü ildə 166, 1886-cı ildə 237, 1897-ci ildə 283, 1908-ci ildə 352, 1914-cü ildə 392, 1916-cı ildə 331, 1919-cu il­də 398 nəfər yal­nız azərbaycanlı yaşa­mış­dır. 1919-cu ilin yazında kənd ermə­ni­lə­rin soy­qırımına məruz qalıb, sağ qa­lan azər­baycanlılar deportasiya olun­muş­­­dur. İndi­ki Ermənistanda sovet haki­miy­yəti quru­lan­dan sonra kəndi tərk et­məyə məc­bur olmuş azərbay­can­lılar tarixi torpaq­la­rına qayıda bil­mişdir. Burada 1922-ci ildə 390, 1926-cı ildə 349, 1931-ci il­də 512 nə­fər[i], 1987-ci ildə 2000 nəfər azər­­bay­canlı yaşa­mış­dır. 1988-ci ilin no­yabr ayının axır­larında – de­kabr ayı­nın əvəllə­rin­də kəndin əhalisi tarixi-etnik tor­paq­la­rın­dan deporta­si­ya edil­miş və kən­də er­mə­nilər yerləş­di­ril­mişdir. İndi də kənd­də ermənilər ya­şayır.

“İrəvan əyalətinin icmal dəftə­ri”n­də “Quş­çu”, Qafqazın 5 verstlik xə­ri­tə­sin­də “Quşi dərəsi” formasında qeyd edil­miş­dir. Erməni mənbələ­rində, eləcə də XX əsrin rəsmi sə­nəd­lərində kəndin adı “Pəmbək” göstə­ri­lir. Kəndin bir adı da Pəmbəkli ol­muşdur[ii]

Toponim quş­çu türk etnoni­mi ilə  “iki dağ və ya təpə ara­sında, eləcə də düzənlikdə uzun dərin çu­xur” mənasın­da işlənən dərə sözünün bir­ləş­­­məsindən əmələ gəlmiş­dir. “Dərədə quş­çu tayfası­nın yaşadığı kənd” məna­sı­nı ifadə edir. Et­notoponimdir. Quruluşca mü­rəkkəb to­po­­nimdir.

 

 

 


 


[i] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113

[ii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. ss.28,87,419