Əsas şəkil

Pəmbək kəndində qəbirüstü sənduqələr

Tarixi
VI–VII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basarke­çər rayonun­dakı Pəmbək (Quşçu, Göl­dək, Pəm­bək­li) kən­dində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu–11.06.1938-cu ildən Vardenis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ermənilər tə­­rə­­­fin­dən qədim qə­­bir­üstü abi­­də­lə­rin bir qis­mi da­ğı­­dı­lıb. Qa­lan­ları isə indiki dövrdə üzərinə ermə­nilərə xas olan elementlər əla­və edilərək “er­məni abidəsi” ki­mi təqdim olu­­nur.

Məlumat

Qədim məzarlıqdakı sənduqələrin qalıqları Pəmbəyin oğuz türkləri tərə­findən binələşdirilməsinin azı 1500 il­lik tarixinə şəhadət verən maddi sü­butlardır. Duzdağdakı qədim qəbiris­tan­lığın ərazisində yerləşən sənduqə qəbir daşlarının eni 0,70,8 m, uzun­luğu 2, hündürlyü isə 0,4-0,5 metr  civarında idi. 

“İrəvan əyalətinin icmal dəftə­ri”n­də Quşçu, Qafqazın 5 verstlik xə­ritə­sində Quşi dərəsi formasında qeyd edilmişdir. Erməni mənbələ­rin­də, elə­cə də XX əsrin rəsmi sənədlə­rin­də kən­din adı Pəmbək göstəri­lir. Kəndin bir adı da Pəmbəkli ol­muş­dur[i].

Toponim quş­çu türk etno­nimi ilə “iki dağ və ya tə­pə arasında, elə­cə də dü­zən­likdə uzun dərin çuxur” mənasında iş­lənən dərə sö­zü­nün birləş­mə­sindən əmə­lə gəlmiş­dir. “Dərədə quş­çu tayfasının yaşadığı kənd” mənasını ifa­də edir. Etno­to­ponimdir. Quruluşca mü­rəkkəb to­ponimdir.

 


 


[i] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. ss.28,87,419